Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rayonlara getmək fikriniz varsa, bir daha düşünün…
Rayonlara getmək fikriniz varsa, bir daha düşünün…

Qapanmalar səbəbi ilə uzun müddət idi ki, rayonlararası avtobusların hərəkəti dayandırılmışdı. Bir xeyli aradan sonra yoluxmalar azaldı və rayonlararası gediş-gəliş yenidən bərpa olundu.

Yay fəsli olduğu üçün xaricə səfər etməyə gücü çatmayan, rayonlarda olan doğmalarını görmək, hansısa işini həll etmək istəyən insanlar bu fürsətdən istifadə edib Beynəlxalq Avtovağzala üz tutmağa başladı. Amma mənzərə heç də ürəkaçan olmadı. Çünki əvvəlki vaxtlarla müqayisədə avtobus reyslərinin sayı çox azaldılıb. Bu isə insan sıxlığına, rayona getmək istəyən insanların saatlarla burada vaxt itirməsinə səbəb olur.

Bir neçə gün öncə mən də rayonlardan birinə yola düşməli oldum. Əvvəlki vaxtlara əsaslanaraq, heç ağlıma da gəlməzdi ki, yolda qala bilərəm. Hələ yola düşməyinə 2 saat qalmış avtobusa yaxınlaşdım və bildirdilər ki, artıq yerlər tamimə dolub. Heç cür inana bilmədim. Çünki əvvəllər də avtobus sürücüləri bu formada insanları aldadır və kassadakı qiymətdən daha baha qiymətə biletləri satmağa çalışırdılar. Məcbur qalıb bildirdim ki, biletin pulundan artıq məbləğ ödəyəcəyəm və mənə yer versinlər. Sürücülər and-aman etdilər ki, vəziyyət əvvəlki kimi deyil. Avtobus reysləri azaldıldığı üçün çox sıxlıq yaranıb. Sürücülər də əvvəlki “qaydalara” əl ata bilmir.

Bir neçə saat avtovağzalda vaxt itirdikdən sonra avtobusdan əlimi üzüb, taksilərə üz tutdum. Əvvəllər az qala səni zorla maşına basıb aparan taksi sürücüləri indi yox idi. Onların əvəzinə 1-2 taksi var idi. Onlar da ki, ayaqlarını yuxarı nərdivana qoyub, 15 manatlıq yolu 20 manata aparırlar. Bilirlər ki, avtobuslar əvvəlki kimi işləmədiyi üçün insanlar məcbur qalıb taksilərə minməli olacaq. Görünən odur, avtobus reyslərinin azalması ən çox taksi sürücülərinə sərf edib.

Maraqlısı ondadır ki, niyə avtobus reysləri azaldılıb? Səbəb nədir deyə soruşsaq, deyəcəklər ki, ümumi vəziyyət belədir. Qurban olduğum qərar verənlər, siz niyə anlamırsınız ki, verdiyiniz qərarlar tərs mütənasibdir. Əksinə yoluxmaların artmasını əngəlləmək məqsədilə sıxlıq olmaması üçün daha da avtobus sayı artırılmalıdır. Sizin verdiyiniz qərarlar xeyrimizə yox, əleyhimizə işləyir.

Başa düşə bilmirəm ki, bu avtobuslarla qərar verənlərin nə qəsdi-qərəzi var axı? Hə, yəqin özlərinin şəxsi maşınları, sürücüləri olduğu, avtobus anlayışları olmadığı üçün bu, verdikləri qərarlara da təsir edir.

Nə deyək, Allah insaf vesin!

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »