Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya əhalinin Xankəndidən qaçmasının qarşısını ala biləcəkmi...
Rusiya əhalinin Xankəndidən qaçmasının qarşısını ala biləcəkmi...

Bir neçə gündür Ermənistan mətbuatı Qarabağda yaşayanların oradan qaçmaq istəyi, onların şikayətləri ilə dolu məqalələr dərc edir. Bunun ardından Rusiya sülhməramlıları həmişəki kimi bizi qıcıqlandıran, düşməni sakitləşdirməyə yönəlik addımlar atdılar. Onların yaşadıqları ərazilərdə bayraq sancır, tikintilər aparırlar.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayılın fikrincə, əslində tikintilərin aparılmasında məqsəd bizə mesaj verməkdən çox, Qarabağda yaşayanları Rusiyanın bura uzun müddətli gəldiyinə inandırmaqdır.

Amma bu da var ki, Xankəndidə bu gün əhalini təşfişə salan vəziyyət yaranıb. Onların problemi meydana çıxıb, su hövzələri nəzarətimizə keçib; Bölgədə Ermənistana aid radio və TV tezlikləri bloklanib, yalnız Azərbaycan kanalları işləyir. Şuşada və dörd bir yanda oturan Azərbaycan əsgəri ayağının altında qalan Xankəndini ovcunun içi kimi görə bilir. Elə bu da hay-küy salıb kömək istəməyə alışqan olan ermənilərin qaçış planlarına əsas verir.

“Azərbaycan ordusunun 44 günlük müharibədə göstərdiyi uğurlu əks-hücum əməliyyatı erməniləri çətin duruma salıb. Qarabağda qalan ermənilərin qidayla davamlı təminatı, hər hansı bir işlə məşğul olma imkanları, gələcəklə bağlı perspektiv planları alt-üst olub. Müharibədən əvvəl pis-yaxşı bunu Ermənistan və erməni diasporu edə bilirdisə indi bu imkanlar çox məhdudlaşıb”. Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“AzTV-nin zərərli təbliğatı o qədər dərinə işləyib ki, artıq Azərbaycan insanı ermənilərin Qarabağdan, hətta Ermənistandan köç etməsi kimi yerli mediada gedən doğru xəbərlərə də inanmır. Lakin bu barədə xəbərlər yalnız bizim aztvfason mediada deyil ermənilərin öz KİV-də də işıqlandırılır. Bu xəbərləri oxuduqdan və azacıq təhlil etdikdən sonra bir sıra həqiqətlər bəlli olur. Ermənistan dövləti özü yardımlarla yaşadığı, müharibədən də ağrı bir zərbə alaraq çıxdığı üçün Qarabağdakı ermənilərə ciddi bir dəstək göstərə bilməsi sual altındadır. Bundan başqa əvvəl Ermənistanla Qarabağ erməniləri arasında əlaqə imkanları geniş idisə indi bu imkan yalnız Laçın dəhlizi vasitəsilə, özü də Azərbaycanın da ciddi nəzarət şərtləri altında gerçəkləşdirilir. Ona görə də şərtlər ağırlaşıb. Digər bir məqam müharibədə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığın, xalqımızın torpaq üçün yumruq kimi birləşməsinin erməniləri qorxuya və təşvişə salmasıdır. Qarabağdakı ermənilər müharibədən sonra nə Paşinyana, nə Ermənistana, nə də Rusiya ordusuna və rus dövlətinə etibar etmir. Onlar Azərbaycanın hər an yenidən Qarabağda ermənilərin qaldığı əraziyə hücum edə biləcəyindən, Xankəndi və ətraf ərazilərə də tam sahib ola biləcəyindən ciddi şəkildə əndişədədirlər. Bu narahatlıqlarını gizlətmirlər və müntəzəm olaraq da dilə gətirirlər. Ermənistanın və Rusiyanın verdiyi vədlər, göstəridyi kiçicik yardımlar isə onlara təslli deyil narahatlıq verir. Çünki 44 gündə nə baş verdiyinin canlı şahidi oldular. Rus sülhməramlılarının isə 25 minlik Qarabağ ermənisini daimi bir şəkildə yedirib-içirəcəyi, saxlayacağı ninki ermənilərə, heç rusların özünə də inandırıcı deyil. Rusiyanın özünün o qədər sosial-iqtisadi problemləri var ki, onun Qarabağ, Krım, Donetsk, Luqansk, Abxaziya, Osetiya, Dnestryanı və s. kimi separatçı qurumları, orada yaşayanları saxlamaq imkanları tükənməkdədir. Bütün bunları hesablayan Qarabağ erməniləri ilk fürsətdəcə Ermənistana, oradan isə xaricə qaçmağa üstünlük verirlər. Bu barədə faktlar, məlumatlar ötən hər gün Ermənistan mediasında həyacanlı bir şəkildə açıqlanır. Onlar təkcə Qarabağdan qaçmırlar. Son məlumatların təhlili göstərir ki, onlar Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən də uzaqlaşmağa, imkan olduqca paytaxt İrəvana yerləşməyə çalışırlar. Ermənistan ekspertləri rəqəmlərlə Gümrü, Qafan, Gorus, Meğri, Qarakilsə kimi ərazilərdə əhalinin sayında azalma müşahidə olunduğunu deyirlər. Ermənistanın bəzi başbilənləri bu gedişatla Zəngəzurda və Tavuşda bir neçə ilə ümumiyyətlə, əhalinin qalmayacağından narahatdırlar. Bu cür ağır durumda olan Ermənistanın yalnız bir çıxış yolu var. Azərbaycanla, bölgədə təsir imkanları get-gedə daha da artan Türkiyə ilə konstruktiv münasibətlər qurmaq, xəstə  və zəhərli ideyalardan əl çəkmək. Əks təqdirdə ermənilər daha da ağır durumlara düşəcəklər”,- deyə ekspert qeyd edib.

Ermənistanın nəzarətində olan 16 min kvadrat kilometr ərazinin 75 faizini Azərbaycan əsgəri qanı, canı bahasına geri ala bildi. Hazırda 3150 kvadrat ərazi sülhməramli və separatçilarin nəzarətindədir. Bu uğurda masa üzərində savaş gedir. Qarabağda “quyruğunu dik tutmağa çalışan” Rusiya müxtəlif cəbhələrlə savaşmaq zorundadır. Bir yandan da başı özünə qarışıb. Putinin yerinə varis axtarışı gedir və bu müdafiə naziri Sergey Şoyqu ola bilər. Şoyqu ağılsız insan deyil. O hansı məqsədlərləsə paytaxtın Sibirə köçürülməsi təklifini irəli sürüb. Ölkədəki ağır vəziyyəti Yeltsinin gedib, onun taxtını Putinin tutduğu 99-cu illə müqayisə edib və daha ağır olduğunu qeyd edib. Həmçinin daxili parçalanmanın Suriyanı, Livanı, İraqı xaraba qoyduğunu yada salaraq Rusiyanın özünü qorumasının əhəmiyyətindən danışıb. Rusiyanın siyasi sanksiyalarla əl-qolu bağlanılır və Şoyqunun verdiyi açıqlamalar da yəqin ki, havaya atılan sözlər deyil. Zaman hələ ki, xeyrimizə işləyir, fürsətlər verir. Əminəm ki, uğurla istifadə edə biləcəyik.

İlhamə Rəsulova

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »