Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Inın bacısı ABŞ-ın hücum planından narahatdır
Kim Çen Inın bacısı ABŞ-ın hücum planından narahatdır

Kim Çen In son ilyarımda ictimaiyyət arasında çox görünmür. Şimali Koreya liderinin səhhətində ciddi problemlərin olduğu deyilir. 2020-ci ilin yazında onun hətta ölüm xəbəri yayılmışdı. Sonradan Kim Çen In üzə çıxdı, bununla da söz-söhbətlərə son qoyuldu. Amma indi hakimiyyəti onun bacısının idarə etməsini heç cür gizlətmək olmur. Ən vacib məqamlarda Kim Ye Çjon səhnəyə çıxır.

Bizimyol.info xəbər verir ki, Şimali Koreya liderinin bacısı ABŞ-ın mümkün planından narahatdır. Söhbət Cənubi Koreya ilə birgə təlimlərdən gedir. Vaşinqton avqustun 16-dan 26-na qədər belə təlim planlaşdırır. Şimali Koreya çox narahatdır. Kim Ye Çjon ABŞ-ın, əslində, hücum planı hazırladığını bildirib. KXDR-i faktiki idarə edən şəxs deyib ki, Vaşinqton düşmən mövqeyindən əl çəkməlidir, yoxsa Seulla birlikdə başı ağrıya bilər. Kim Ye Çjon ABŞ-a və Cənubi Koreyaya Pxenyanın xəbərdarlıqlarını qulaqardıya vurmamağı tövsiyə edib.

Şimali Koreyanın ABŞ ilə münasibətləri heç vaxt sabit olmur. Amma Cənubi Koreya ilə bir az fərqli ovqat müşahidə edilir. Münasibətlər gah çox yaxşı, gah da xeyli pis görünür. Yəni sabit qrafik cızılmır.

Bir müddət əvvəl Şimali Koreya ilə Cənubi Koreya sülh mesajları verməyə başlamışdı. Tərəflər əlaqə xəttinin bərpasından danışırdılar. Cənubi Koreya prezidenti Mun Çje İn KXDR lideri Kim Çen Inla qarşılıqlı etibar şəraitinin yaranmasından bəhs edirdi. Amma yenə vəziyyətin gərginliyi müşahidə olunur.

Münasibətlər axırıncı dəfə 2020-ci ilin yayında korlanmışdı. Cənubikoreylı fəalların Şimali Koreya ərazisinə təbliğat kağızları atması qapalı rejimin qəzəbinə səbəb olmuşdu. İyunun 9-da KXDR teıeviziyasında cənub qonşusuyla bütün əlaqələrin kəsildiyi elan edilmişdi. Bildirilmişdi ki, bir daha münasibətlərin istiləşməsindən söhbət gedə bilməz. Bundan bir həftə sonra Şimali Koreya Keson sənaye mərkəzindəki koordinasiya bürosunu partlatmışdı.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »