Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp müflis olub
Tramp müflis olub

Donald Tramp tarixə böyük sərvətinə baxmayaraq, ABŞ prezidenti olmağı seçən şəxs kimi düşdü. İş adamı 4 il böyük bir dövlətə rəhbərlik etdi. Amma keçmiş prezidentin müflis olduğu deyilir.

Bizimyol.info xəbər verir ki, Qərb mətbuatında bu barədə yazılar gedir. Almaniyanın “Focus” jurnalı Trampın plastik kartlar layihəsindən istifadə edərək tərəfdarlarından kömək istədiyini yazır. Keçmiş dövlət başçısının Konqresə vergi bəyannamələrini təqdim etməmək üçün ABŞ Ədliyyə Nazirliyi ilə məhkəmələrdə çəkişdiyi də bildirilir.

Trampın vəkilləri sona qədər mübarizə aparacağını deyir. Ədliyyə Nazirliyinə az qala müharibə elan olunub. Hətta Ağ Evdən gedəndən 7 ay sonra da Tramp vergi sənədlərini gizli saxlamaqda israrlıdır. Jurnal yazır ki, son 50 ildə vergi bəyannamələrini gizlədən ABŞ prezidenti olmayıb.

Tramp necə pul toplayır? Fan-klubunun plastik kartlarını hazırlatdırıb. Bütün tərəfdarlarına kartların dizaynının tərtibatında iştiraka çağırıb. Bunların üzərindəki hərf səhvləri də Trampın kefini pozmayıb. Çünki indi onun üçün ən əsası pul toplamaqdır. Tramp hətta tərəfdarlarına izah edə bilmir ki, plastik kartlar onlara hansı üstünlükləri verəcək.

Keçmiş prezidentin başqa planı da var. Tramp imzalı fotolarını 45 dollara satır. Tərəfdarları buna da böyük maraq göstərir. Çoxlu fotolar alırlar. Onlar ümid edir ki, Tramp 2024-cü ildə bir daha ABŞ prezidenti seçiləcək.

Jurnalist Maykl Vulf “Insider” jurnalına müsahibəsində deyib ki, keçmiş prezident son seçkidə qələbə qazandığına əmindir. O, kitabında çox maraqlı məqamlara toxunub. Vulfun yazdığına görə, Donald həyat yoldaşı Melaniya ilə həmişə sükut içində nahar edir. Onlar nadir hallarda söhbətə mövzu tapırlar. Melaniya əsasən vaxtını oğlu Berron, valideynləri və bacısı İnes ilə keçirir.

Keçmiş birinci ledinin sərvətinin 50 milyon dollara çatdığı bildirilir. Bunun 2.9 milyon dollarını “Daily Mail”in ödədiyi kompensasiya təşkil edir. Tabloid Melaniyanın bir vaxtlar eskort xidməti ilə məşğul olduğunu yazmışdı. Amma qadın məhkəməyə müraciət edərək qələbə qazanmışdı.

“Focus” yazır ki, Trampın vəziyyəti yaxşı deyil. Onun son biznes layihələrindən biri də uğursuz alınmışdı. Buna baxmayaraq, keçmiş prezident nikbinliyi qoruyur. Tramp yenə uğur qazanacağına inanır.

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
››› “Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
Son xəbərlər
Bütün xəbərlər »