Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təklif: Ayna Sultanovanın heykəlinin yerində şəhid Arəstəmizə abidə ucaldılsın
Təklif: Ayna Sultanovanın heykəlinin yerində şəhid Arəstəmizə abidə ucaldılsın

İllər öncə Bakının Fəhlə prospektində bir  fəhlə heykəli var idi. Yer kürəsini öz lingi ilə tərpətmək istəyən  fəhləni təsvir etmişdilər. Sonra prospektin adı dəyişdirilib milyonçu Nobelin adına verildikdə fəhlənin heykəlinə də burda yer qalmadı və göndərdilər NZS qəsəbəsində ucqar bir küncə. Halbuki  qala bilərdi o heykəl. Bu gün Qarabağ zəfərimiz münasibətilə 8 noyabr adlanan bu prospekti elə o  fəhlə kimi kasıb təbəqənin balaları azad eləmişdilər.

Sözümü ona gətirirəm ki, bu gün gözəl paytaxtımızın küçə və bağlarında kimliyini tanımadığımız, xalqımız  üçün çox da önəmli olmayan çoxlu sayda insanların  xatirəsinə heykəl və barelyeflər qoyulub. Bəziləri zamanında bəlkə də qəhrəmanlaşdırılmış, süni şəkildə bütləşdirilmişdilər, bu dövr üçünsə ya qaranlıq simalardırlar, ya da...

44 günlük zəfər dastanımızdan sonra ölkəmizdə 3 min nəfərə yaxın şəhid verdik. Hər biri vətən üçün gözünü qırpmadan canını şəhid verən Azərbaycan gənclərinin heç birinə abidə qoyulmayıb. Bu gün Ayna Sultanova  heykəlinin yanından keçərkən düşündüm ki, fəaliyyəti bu gün üçün düşməncəsinə adlandırılan (hərçənd bu da bir tarixdir. Faktdır və dəyişmək imkansızdır) bu qadının heykəlinin yerində Vətən müharibəmizin yeganə şəhid xanımı Arəstə Baxışovanın heykəli qoyula bilməzdimi? Vətənin azadlıq mübarizəsində 2 balasının, anasının yanında olmaqdansa döyüşən qardaşlarının yanında olmağı seçən qəhrəman tibb bacısı Arəstənin heykəli. Mərdliyi, cəsarəti ilə dövrümüzün Həcəri olan yeni əfsanələrin yeni qəhrəmanı Arəstənin heykəlini görmək istərdim o məkanda. Niyə edilmir, nəyi gözləyirik? Ayna Sultanova tarixdə adı olsa da Şaumyanla çiyin-çiyinə öz xalqına qarşı döyüşməyibmi? Bəs niyə o zaman Ayna Sultanovanın  heykəlinin də yeri fəhlə heykəli kimi dəyişdirilməsin?

Xatırlatma: Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova(1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

Mən təklif edirəm. Ayna Sultanovanın  abidəsinin yerində şəhid Arəstə Baxışovaya abidə ucaldılsın. Elə bir abidə ki, özündə bir ananın yanan ürəyini, körpə ballarına olan sevgisini, özündən böyük Vətən eşqini də ehtiva eləsin. Əsl vətəndaşa vətənində xatirə bir daş qoyulsun - Vətən daşı.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »