Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rəssam olmurlar, rəssam doğulurlar"
"Rəssam olmurlar, rəssam doğulurlar"

Onun əl işlərinə sosial şəbəkələrdə rast gəlirdim tez- tez. Memar Avqust imzasıyla çox gözəl əsərlər yaradır. Bu gün ilk dəfə soruşdum, adı niyə Memar Avqustdur deyə? Heç demə elə məhz bu gün ad günüymüş. Memar Avqust deyəndə nədənsə ağlıma italyan gəlmişdi, amma o öz türk əsli-nəcabəti ilə qüruru duyan türk oğlu türkdür.

“Ulu babalarım İndiki Türkiyə ərazisindən Göyçəyə ordan isə buralara köç edən Türklərdi və bununla da həmişə qürur duyuram” deyir. Əsərlərində də igid türk kişiləri, gözəl türk qadını obrazları ana xətti təşkil edir.

Əsl sənəti də memarqlı olduğuna görə özünə belə bir təxəllüs seçib. Adı Elçin İskəndərdir. Memar rəssamdır. Bu gün onun rənglər dünyasına ekskursiya edəcəyik.İlk marağımı çəkən sualı verdim ona.

Elçin İskəndərin rəsm əsəri Elçin İskəndərin rəsm əsəri

- Azərbaycanda rəssam olmaq asandırmı?

- Ümumiyyətlə, rəssam olmurlar, mənim fikrimcə  rəssam doğulurlar . Sadəcə çox zəhmət çəkmək lazımdır. İstedad bir neçə faiz ola bilər zəhmət çəkmədən rəssam olmaq qeyri- mümkündür . İnsanın ruhu rəsssam olmalıdır,  təfərrüatdır. İqtisadi tərəflərinə baxılarsa xalqımızı incəsənəti sevir, istedadlı xalqdır, lakin dəyər verən az sayda insan var.

- Bu gün dünyada bəzi milyon dollarlarla qiyməti ölçülən əsərlər var ki, sadə izləyici baxınca orda adi cızma qara görür və ya anlaşılmaz rəng qarmaşası. Yəni düşünürsən ki, bunu balaca uşaq çəkib, qaralayıb amma hansısa dahinin əl işidir. Belə əsərlərlə rəssam nə demək istəyir?

Elçin İskəndərin rəsm əsəri Elçin İskəndərin rəsm əsəri

- Hər bir iş,hər bir çalışma insanın daxili aləmini əks etdirir, daxilən zəngin və xaraktercə ciddi olan insanların işləri seçilir. Bəzən o cızma qaraların da içində nə isə tapmaq olur amma mən realizmi üstün tuturam.  Təbii ki, bu ilk növbədə insanın ruh halına bağlıdır, nadir hallarda  olsa  da abstrakt və ya simvolizmə müraciət edirəm.

- Oxuduğum bir məlumata görə Çində bütöv bir kəndin insanlıarı evlərində Monna Liza əsərini çəkib çatır.Hər istəyən adam istedadı yoxdursa belə rəssam ola bilərmi? Müəyyən texnikaları öyrənməklə?

Elçin İskəndərin rəsm əsəri Elçin İskəndərin rəsm əsəri

- Çindəki hadisədən xəbərim yoxdur. İstedad vacibdir. Lakin müəyyən texnikalar da var ki, onlarla işləyərək, zəhmət çəkərək  yaxşı şəkillər çəkmək olar. Bu arada mən ixtisasca memaram, memar işləyirəm və bir çox layihələrin müəllifiyəm. Rəssam olmaq isə ən böyük arzum olub Bilmirəm bacarmışam ya yox amma dəqiq bilirəm ki rəssam olmayan memar ola bilməz. Hər ştrix hər cizgini düşünərək ifadə etmək lazımdı

- Ən sevdiyiniz rəssam kimdir?

- Hər rəssamın öz dəsti xətti var. Mənə rəssamlığı Qasımxanlı Bayram müəllim sevdirib. Allah ondan razı olsun.

- Sizcə Mona Liza nə üçün o qədər maraq cəzb edir insanlarda?

Elçin İskəndərin rəsm əsəri Elçin İskəndərin rəsm əsəri

- Məncə, İtalyanlar daha çox sənətə dəyər verdikləri üçün belədir. Bir çox qərb xalqları da belədir Sənətə dəyər vermək onların insanlıq borcudur.

İlhamə

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »