Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbələdə dağlıq ərazidə yanğın davam edir
Qəbələdə dağlıq ərazidə yanğın davam edir

Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

***

Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə rayonunun Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 4 ha sahədə quru ot və kol-kos yanır.

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
Son xəbərlər
Bütün xəbərlər »