Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına etiraz notası verib
Türkiyə XİN Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına etiraz notası verib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına etiraz edib.

APA-nın verdiyi xəbərə görə, PKK/YPG–nin "Şimali və Şərqi Suriyanın Muxtar İdarəetmə Nümayəndəliyi"ni açması ilə əlaqədar nazirlik İsveçrənin Ankaradakı səfirliyininin müvəqqəti işlər vəkilini çağırıb, izahat istəyib.

Bununla əlaqədar İsveçrə səlahiyyətlilərinin əvvəlcə də təşəbbüsdə olduğu xatırladılıb, bu terror təşkilatının, yaxud ona bağlı olan qrupların dərnəklər və ya qeyri-hökumət təşkilatları adı altında terror fəaliyyətini qanuniləşdirilməsinin yolverilməz olduğu bildirilib.

Aşıqlamada vurğulanıb ki, terrorla mübarizədə terror təşkilatları arasında heç bir fərq qoyulmamalıdır: “Özləri terror təşkilatlarına hədəf olmayana qədər terroçulara qucaq açanlara bir gün bu bəlanın onlara da problem yaradacağını xatırladırıq. Ölkəmiz Avropa İttifaqı tərəfindən də terror təşkilatı olaraq tanınan PKK-ya və onunla əlaqəli qruplara qarşı hər yerdə və hər zaman mübarizəsini qətiyyətlə davam etdirəcək”, - deyə qeyd olunub.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »