Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2021-ci il üzrə yol-nəqliyyat hadisələrinin statistikası açıqlandı
2021-ci il üzrə yol-nəqliyyat hadisələrinin statistikası açıqlandı

2021-ci ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz azalaraq 988 nəfər olub. Onlardan 290-ı həlak olub, 698-i isə yaralanıb. Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib, 29,5 faizi isə həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,7 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 10 nəfər yaralanıb. Hadisələrin 81,8 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Leyla Mirzə

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »