Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsdə olan Eldar Həsənovun vəziyyəti ağırdır
Həbsdə olan Eldar Həsənovun vəziyyəti ağırdır

"Atam iyul ayinda çox ciddi əməliyyat keçirtdi. Onun müayinə və analizlərinin nəticələri qorxuncdur. Ona bədxassəli paroksizmal pozisyon vertiqo diaqnozu qoyulub. Bu barədə həkimlərin təsdiqlədiyi sənədlər, sübutlar var. Hər başgicəllənməsi onun sonuncu yıxılması ola bilər. Hər an onu itirə bilərik. Vəkillərin bu yöndəki məlumatlarını hər dəfə böyük sarsıntı ilə qarşılayıram".

Bu fikirləri keçmiş baş prokuror və keçmiş səfir Eldar Həsənovun qızı Səbinə Hüseynova Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətində yazıb. O atasının səhhətindən narahatdır və bu xəstəliyin ağır nəticələr verə biləcəyindən qorxusunu dilə gətirib.Bəs bədxassəli paroksizmal pozisyon vertiqo xəstəliyi nədir?

Xoşxassəli pozisyonal patoksizmal başgicəllənmə (BPPV) vestibulyar pozğunluğu meydana gətirən ən çox yayılmış başgicəllənmədir. Ən çox orta yaşlı və yaşlı insanlarda rast gəlinir. Bununla yanaşı xüsusilə baş travması sonrası daha gənc şəxslərə də təsir edə bilər.Bədxassəli BPPV isə xüsusi xəstəliklərin nəticəsində özünü göstərir. (BPPV) Meniere xəstəliyi, Vestibulyar neyronit, Beyinciyin təsirlənməsi ilə bağlı başgicəllənm, Vertiqinoz miqren, Multipl skleroz, Tarazlıq sinir şişləri, yaralanma, allergiya kimi hallardan sonra özünü göstərə bilir.

Doktorlar bildirilər ki, müvazinətin təmin olunması hələ tam olaraq aydınlaşdırılmamışdır və bu hal bir çox orqanın rol oynadığı bir vəziyyətdir. Bununla bağlı rolu olan orqanlar və sistemlərə beyin, onurğa beyni, daxili qulaq (labirent), gözlər, oynaq və əzələlər aiddir. Əsasən kəskin qrip infeksiyasından sonra qulaq mənşəli baş gicəllənməsi əmələ gələ bilər. Multipl skleroz, sifilis, müxtəlif beyin şişləri, Parkinson xəstəliyi və başqa xəstəliklər sinir sisteminə təsir edərək müvazinətin pozulmasına səbəb ola bilər. Baş dönməsi və müvazinət xəstəlikləri ilə maraqlanan mərkəzlərdə audiometrik testlər, elektronistagmografiya, elektrokoxleografiya, elektromiografiya, dinamik posturografiya vasitəsilə dəqiq məlumat əldə etmək olur. Bu xəstəliyin həyati riski ondan ibarətdir ki, anidən yıxılma nəticəsində qorxunc travmalar almaq mümkündür.

Səbinə Hüseynovanın sözlərinə görə, atası iyul ayında ağır əməliyyat keçirib. Avqustun 8-də isə yıxılaraq travma alıb. Hazırda çox ağır vəziyyətdədir.Eldar Həsənovun ayaqları tutulub, sərbəst gəzə bilmir, ağrıları dözülməzdir və həyatı üçün ciddi təhlükə yaranıb. DTX təcridxanasında və hospitalında indiyədək 170 dəfədən artıq yıxılıb. DTX Hərbi Hospitalının həkimləri artıq onun çəliklə belə hərəkət etməsinin təhlükəli olduğunu bildirirlər.

Qeyd edək ki, 2020-ci ilin avqust ayında Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov həbs edilib. Eldar Həsənov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərində sui-istifadə etmə və büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə maddələri ilə ittiham olunur. Bundan əvvəl keçmiş baş prokuror barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsi barədə vəsatət rədd edilib.

İlhamə

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Bakının bəzi yerlərində evləri yağış suları basıb
Son xəbərlər
Bütün xəbərlər »