Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qadınlar düşünə bilməz ki, onlara satılan arıqlama dərmanı narkotik vasitə ola bilər"
"Qadınlar düşünə bilməz ki, onlara satılan arıqlama dərmanı narkotik vasitə ola bilər"

“Bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satılır”. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, DİN-ə bununla bağlı faktlar daxil olub:

“Gözəllik salonlarında bu hal müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər”.

Qeyd edək ki, gözəllik salonlarında müxtəlif kosmetik vasitələr, saç boyaları, arıqlama dərmanları, çayları satılır. Bu vasitələr başqa-başqa firmalar və şəxslər tərəfindən salonlara verilir.

Gözəllik salonunda çalışan saç ustası Arifə Əliyeva deyir ki, uzun illərdir eyni salonda çalışır. Onun çalışdığı salonda müxtəlif vasitələr satılır:

“Düzdür, bizim salonlarda arıqlama dərmanları, çayları satılır. Ancaq arıqlama dərmanı adı altında narkotik vasitələrin satıldığına inanmıram. Şəxsən mən saç ustası olduğuma görə, ancaq saç boyaları, saçla bağlı vasitələr satıram. Bu vasitələri firmalar və ya firmaların üzvləri gətirir. Mən də lazım olan vasitələri alıb satıram”.

A.Əliyeva bildirib ki, o satdığı məhsulları bir qədər baha sataraq, pul qazanır. Saç ustası həmçinin qeyd edib ki, onun satdığı məhsulları şirkət məhsulu olduğu üçün keyfiyyətinə zəmanəti də istehsal edən və satışını həyata keçirən firmalar verir.

Kosmetoloq Nurlana Əhmədovanın sözlərinə görə, salonlarda narkotik vasitələrin arıqlama dərmanı adı altında satılması həqiqətən təhlükəli prosesdir. Çünki bəzən salonlara savadsız, məlumatsız qadınlar da gəlir:

“Qadınlar heç bir zaman düşünə bilməz ki, hansısa salonda ona arıqlama dərmanı və ya hər hansı bir vasitə təqdim edilirsə, bu narkotik vasitə ola bilər. Qadınların çoxu narkotik vasitələr barədə məlumatsız olur. Onlar gəldikləri salona, ustalara inanırlar”.

Qeyd edək ki, salonlarda satılan məhulların keyfiyyətinə nəzarət edən xüsusi qurum yoxdur. Yəni satılan bütün məhsullara satıcılar özü cavabdehdir. Salonlarda hansısa qurum tərəfindən yoxlamalar aparılmır. Bu da salonlarda kosmetik vasitə, arıqlama dərmanı adı altında müxtəlif narkotik vasitələrin satılmasına şərait yarada bilər.

Təsəvvür edin, artıq çəkisini özü üçün kompleks hesab edən bir qadın gözəllik salonuna gəlir. Salon əməkdaşı əvvəlcə qadının artıq çəkisindən söz salıb, sonradan arıqlamaq üçün yaxşı vasitə satdığını qeyd edir. Hətta deyir ki, bu vasitəni özü istifadə edib və yaxşı nəticə verib. Alan qadınların hamısı razı qalıb. Və beləcə bu “arıqlama” vasitələrinin satışı həyata keçir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »