Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır
Gözəllik salonlarında arıqlama dərmanı adıyla “patı” satılır

Bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satılır. Bunu ARB24-ün “Gündəm” verilişindəki açıqlamasında DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

O, bildirib ki, Daxili İşlər Nazirliyinə bununla bağlı faktlar daxil olub:

““Metanfetamin” adlı ağır psixotrop maddənin həmin ünvanlarda satışı müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər. Qeyd edim ki, “metanfetamin” kimyəvi tərkiblidir. Bir-iki qəbuldan sonra həmin şəxs onun aludəçisinə çevrilir. Həmin maddənin istifadəsi, əsasən, azyaşlılar yox, qadınlar tərəfindən həyata keçirilir”.

E.Hacıyev valideynləri də diqqətli olmağa səsləyib:

“Valideynlər övladlarının xarakterində, hərəkətlərində dəyişiklik müşahidə etdikdə onu müvafiq qaydada yoxlatdırsınlar. İmkan olmasa, çətinlik çəksələr, dövlət qurumlarına müraciət etsinlər. Dövlət qurumları tərəfindən müvafiq qaydada zəruri köməkliklər göstəriləcək”.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› Putin Ağasandyanı Rusiyanın KTMT yanında yeni daimi nümayəndəsi təyin edib
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
Son xəbərlər
Bütün xəbərlər »