Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Eldəniz Səlimovun mandatının ləğvi gündəmdə deyil”
“Eldəniz Səlimovun mandatının ləğvi gündəmdə deyil”

Avqustun 3-də barəsində həbs-qətimkan tədbiri seçilmiş millət vəkili Eldəniz Səlimovun deputat mandatından məhrum edilməsi hələ gündəmdə deyil.

Bu barədə Bizimyol.info saytına millət vəkili, Milli Məclisin Nizam-İntizam Komitəsinin sədr müavini və Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.

Fəzail Ağamalı Fəzail Ağamalı

O qeyd edib ki, hələ Eldəniz Səlimovun məhkəmə-istintaq prosesi gedir və əgər məhkəmə tərəfindən qətnamə qəbul edilməyib.

“Baş Prokurorluğun təqdimatında deputat toxunulmazlığının ləğvindən söz açılırdı. Bu məsələyə də biz 3 avqust tarixli növbədənkənar iclasda nöqtə qoyduq. Məhkəmənin yekun qətnaməsi hələ çıxmayıb”, - deyə deputat qeyd edib.

O vurğulayıb ki, cəmiyyətdə olan fikir ayrılıqlarına baxmayaraq, deputatlar səs çoxluğu ilə “vəzifə səlahiyyətlərini aşma” məsələsinə öz münasibətlərini bildiriblər: “Mənim fikrimcə, deputat bütün gün ərzində öz səlahiyyətlərini daşıyır və hiss etməlidir. Əgər sən öz işini görmüş, sənin himayə etdiyin restorana xəbərdarlıq etmiş polis əməkdaşını gecə vaxtı evindən çağırıb təhqir edirsənsə, döyürsənsə, hələ “sən fəxr et ki, səni deputat döyür” deyirsənsə, təbii ki, nəticələri də gözə almalısan. O, sadəcə polis deyil, həm də sənin seçicindir. Deputat özünü seçicilərlə, vətəndaşlarla deputata layiq şəkildə aparmalıdır”.

F.Ağamalı öz həmkarı Tahir Kərimlinin “onları barışdırmaq olardı” sözlərini də şərh edib.

“Milli Məclis bu məsələyə hüquqi qiymət verməli idi və biz onu etdik. Barışdırmaq məsələsi sonrakı işdir. Ola bilər ki, məhkəmə prosesində tərəflər arasında hansısa barışıq əldə olunsun, döyülən polis əməkdaşı desin ki, ondan şikayətim yoxdur və bu məsələ yumşaq bir cəza ilə bitsin. Lakin bu, bizim səlahiyyətlərimizi aşan məsələdir”, - deyə Fəzail Ağamalı vurğulayıb.

Deputat etiraf edib ki, hadisə barədə məlumatların sosial şəbəkədə yayılmağa başladığı zaman, özü də münasibət bildirməkdən çəkinmişdi.

“Çünki bu barədə hər hansı rəsmi münasibət, qərar yox idi. Görünür ki, döyülən polis əməkdaşı sonrakı prosesləri nəzərə alaraq, hadisəni səs yazısı ilə qeydə alıb və öz rəisinə göstərib. O da məsələni nazir Vilayət Eyvazova bildirib, ondan sonra da cinayət işi açılıb. Hadisələr o qədər sürətlə inkişaf etdi ki, Milli Məclis də öz mövqeyini bildirməli oldu”, - deyə millət vəkili əlavə edib.

Jurnalistin “əgər bir vətəndaş polis zorakılığından sizə şikayət etsə, reaksiyanız nə olar?” sualına Fəzail Ağamalı belə cavab verib: “Mən ilk öncə fakt və arqumentlər tələb edərəm. Daha sonra isə öz deputat blankımda daxili işlər nazirinin adına rəsmi məktub yazar, məsələnin araşdırılması üçün məsələ qaldıraram”.

Rüfət Əhmədzadə, Bizimyol.indo

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »