Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mənzildə yaşamadğımız üçün qaz sayğacımıza plomb qoyulub, indi açan yoxdur”
“Mənzildə yaşamadğımız üçün qaz sayğacımıza plomb qoyulub, indi açan yoxdur”

Redaksiyamıza Şəki şəhəri Dodu məhəlləsi, Novruz küçəsi ev 14 ünvanında yaşayan Əhmədova Alimə Nəriman qızı tərəfindən müracitə daxil olub. Müraciətdə bildirilir ki, heç bir borcları olmadığı təqdirdə qaz sayğaclarına plobm qoyulub və məsəsləyə baxan yoxdur.

“Bakıda yaşayırıq. Rayona isə yay aylarında istirahət məqsədi ilə gedirik. Lakin bu il qarşılaşdığımız mənzərə heç də xoş olmadı. Gəldik, gördük ki, heç bir qaz borcumuz olmadığı halda qaz sayğacımıza plomb qoyulub. Çox təccübləndik və Şəki şəhər qaz istismar idarəsi ilə əlaqə saxladıq. Dəstəyi götürən şəxs bizə bildirdi ki, mənzildə bir aydan artıq müddətdə yaşamadıqda qaz sayğacına plomb qoyulur. İndiyə qədərki illərdə belə bir hal baş verməmişdi, amma biz bunu anlayışla qarşıladıq ki, təhlükəsizlik məqsədi ilə edilirsə, eybi yoxdur. Bildirdik ki, gəlmişik, evdə yaşayış var və gəlib plombu açsınlar, lakin həmin əməkdaş bizə bildirdi ki, bu onların işi deyil. Başqa nömrə verdi və dedi ki, bu nömrə ilə əlaqə saxlayaq və problemimizi deyək.

3 gündür həmin nömrələrə zəng vursaq da, dəstəyi götürən yoxdur. İdarədən isə bildirirlər ki, plombu özümüz qırsaq cərimə olunacağıq. Dərdimizi kimə deyəcəyimizi bilmirik. 2 körpə uşaqla çətin vəziyyətdə qalmışıq.

İstirahət üçün gəlmişdik, amma qaz idarəsinin bu qədər məsuliyyətsizliyi bizi biraz da əsəbə boğdu”.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məsələni öz üzərinə götürdüyünü bildirib.

P.S. Şikayətçinin Bizimyol.info-ya bildirdiyinə görə, "Azəriqaz"-a məlumat verildikdən sonra problem həllini tapıb.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »