Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“KTMT-nin Azərbaycanla heç bir problemi yoxdur”
“KTMT-nin Azərbaycanla heç bir problemi yoxdur”

Rusiyanın paytaxtında iki ölkənin müdafiə nazirləri arasında danışıqlar planlaşdırılır və bir sıra ikitərəfli görüşlər keçiriləcək.

Bizimyol.info xəbər verir ki, sputnik armeniyanın Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Arşak Karapetyan rusiyalı həmkarı ordu generalı Sergey Şoyqunun dəvəti ilə avqustun 10 -da Moskvaya yola düşüb.

Mənbənin sözlərinə görə, işgüzar səfər çərçivəsində Karapetyan Rusiya müdafiə naziri ilə görüşəcək. Rusiya ordusunun digər yüksək çinli zabitləri ilə işgüzar görüşmələri planlaşdırılır.

Qeyd edək ki, dünən İrəvanda Karapetyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zası qəbul etmişdi.

İki günlük səfər çərçivəsində S.Zas Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər nazirinin səlahiyyətlərini icra edən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyanla görüşəcək.

Xatırlatma üçün qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinə Rusiya sülhməramlılarının yerləşdirilməsi təklifilə çıxış etmişdi.

Həmçinin, Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan XİN başçısı Ceyhun Bayramlı ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə ediblər.

Ermənistan müdafiə nazirinin Moskvaya səfərini şərh edən hərbi ekspert Tərlan Eyvazov bildirib ki, Ermənistan və Rusiya strtateji tərəfaşdlardır, qarşılıqlı səfərlər normal qarşılanmalıdır.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Rusiyanın Ermənistanda hərbi bazası var və Rusiya bu ölkəni tamamən itirmək istəmir. Hətta üçtərəfli bəyanatın bəzi şərtlərinin hələ də yetirilməməsini Rusiyanın Ermənistana güzəşti, çox təzyiq etməməsi kimi anlamaq olar. Lakin hazırda gündəmdə olan delimitasiya və demarkasiya məsələsi mütləq həll olunmalıdır vu bu istiqamətdə irəliləyişlərin əldə olunması Kremlin də maraqlarındadır. Moskva hazırkı vəziyyətdə bölgədə gərginliyin artmasında maraqlı görünmür. Bu gərginliyin artması Azərbaycan da maraqlı deyil”, - deyə ekspert qeyd edib.

O qeyd edib ki, üçtərəfli bəyanata görə, Azərbaycan ərazisindən Ermənistan silahlı qüvvələrinin tamamən çıxarılması nəzərdə tutulurdu, amma bu, hələ baş tutmayıb: “Ermənistana bu istiqamətdə təzyiqlər olunmalıdır ki, Azərbaycan ərazisini tamamən boşaltsın, delimitasiya və demarkasiya işlərinə başlanılsın”.

KTMT çərçivəsində azərbaycana hər hansı təzyiqlər olub-olmayacağı barədə sualı ekspert belə şərh edib: “KTMT-nin Azərbaycanla heç bir problemi yoxdur. İstər Rusiyanın, istər Belarusun, istərsə də bu təşkilata üzv olan Orta Asiya ölkələrinin Azərbaycanla münasibətləri çox yaxşıdır. Hətta Ermənistanla olduğundan da yaxşı. Düşünürəm ki, bu təşkilata üzv olan ölkələr sırf Ermənistanın xətrinə Azərbaycanla münasibətləri korlamayacaqlar. Lakin Ermənistan dəfələrlə bu təşkilata müraciət edib yardım istəyir, təbii ki, KTMT rəhbərliyi bu ölkənin nümayəndələri ilə görüşüb fikir mübadiləsi aparacaqlar. Düşünürəm ki, sərhədlərlə bağlı KTMT hər hansı sərt addımlar atmayacaq”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
Son xəbərlər
Bütün xəbərlər »