Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xəstəxanalar dolsa, qapanmalar vacib olacaq”
“Xəstəxanalar dolsa, qapanmalar vacib olacaq”

Artıq 3-cü ildir koronavirus dünyanı əsasrətdə saxlayır. Ömrümüzdən  günlər, həftələr, aylar və illər itiririk.Qorunmasaq, sonu gəlməsə bu illərin sayı çoxala bilər. Artıq ÜST yeni mutasiyaların gəlişi ilə daha ağır mərhələlərin ola biləcəyi barədə xəbərdarlıq edib.Əlbəttə mövcud durum hamını narahat edir, qapanmaların  yenidən başladılması fikri insanlarda narahatlıq yaradır. Lakin  əzizlərimizi qorumağın, itirməməyin də başqa yolu yoxdur təəssüf ki.

Verilən statistikalara əsasən dünyada və  Azərbaycana qonşu ölkələrdə COVİD-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib ki, COVID-19 virusunun təsir gücü dəyişməyib: "Bəziləri virusun zəiflədiyini iddia edir, amma səhv fikirdir. Virus dəyişməyib, təsir gücü də, yaratdığı təhlükə də əvvəlki kimidir. Azərbaycanda da yoluxma sürətlə artmaqdadır. Görünür, qapanmalardan sonrakı yüngülləşdirmə fazası, toy və şənliklərə icazə verilməsi öz təsirini  göstərib. 2 həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu gün 1220 nəfərdən çoxdur. Mövsümün dəyişməsi ilə artımın kəskin hal alması da qaçılmaz deyil".

Həkim Sevinc Qurbanova bizimyol.info-ya bildirib ki, xəstəliyin yayılmasında virusun rolu qədər vətəndaş məsuliyyətsizliyi də rol oynayır.

Sevinc Qurbanova Sevinc Qurbanova

“Əsas səbəb vətəndaşlarda arxayınlığın yaranmasıdır. Karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, şənlik mərasimlərinə icazə, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb oldu. Məlum məsələdir ki, artım bu templə gedərsə qapanma məsələsi yenidən gündəmə gələ bilər. Mənim hər səhər yolum Gənclik metrosu tərəfdən düşür. Hər səhər burdan turlarla  yüzlərlə insan rayonlara səfərlərə gedirlər. Kimsə avtobusda maskada oturmur. Maskanı qorunmaq  üçün yox, polisdən cəza yeməmək  üçün vasitə kimi istifadə edirlər. Türkiyədə  İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. Gürcüstan, Rusiya və iran kimi qonşularımızda da yoluxma pik hədlərdədir. Qoyulan məhdudiyyət ona görə götürüldü ki, həmin dövrdə yoluxma azalmışdı. Onlara karantin qaydalarına əməl etmək şərtilə icazə verildi. İnsanlar isə çox təəssüf ki, bu qaydalara əməl etmirlər. Tibbi maska, gigiyena və sosial məsafə tamamilə unudulur. Hətta  avtobusda artıq gündəlik  maskadan istifadə  kəskin azalıb. Bu kobud şəkildə pozulmalar  yoluxma sayını hər gün artırır. Ona görə də yoluxma bu templə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi gözləniləndir.

İş yerlərində işçilərin sayına yeni məhdudiyyətlərin tətbiqi, bəzi xidmət sahələrinin fəaliyyətini onlayn rejimdə davam etdirməsini gözləmək olar. Hesab edirəm ki, vaksin olunmuş şəxslərin artması xəstəliyin ağır gedişinin qarşısını alacaq, yoluxma sayının azalmasına təsir edəcək. Artıq insanlar vaksinin vacibliyini anlayıb. Könüllü şəkildə vaksin vurdurmaq istəyənlərin sayında ciddi artım var. Ekologiyanın dəyişməsi, təbiətin çirklənməsi gələcəkdə digər infeksiyaların da ortaya çıxmasına səbəb ola bilər. Gələcəyimiz zəmanət altında deyil. Əgər yoluxmaların sayı artsa və xəstəxana şəraiti tələb olunsa, o zaman karantin qaydaları yenidən sərtləşdirilə bilər. Digər tərəfdən, yoluxmalar zamanı xəstəliyin yüngül şəkildə keçdiyi müşahidə olunsa, qapadılmalara gedilməyəcək”,- deyə həkim qeyd edib.

İlhamə

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »