Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik maddə satdığına görə saxlanıldı, evindən silah çıxdı
Narkotik maddə satdığına görə saxlanıldı, evindən silah çıxdı

Lerik sakinlərindən narkotik və silah-sursat aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalarla onun narkotik vasitəni Lerik rayon sakini E.Vəliyevdən əldə etdiyi müəyyən edilib. Saxlanılan E.Vəliyevin yaşadığı evin zirzəmisindən narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri, həmin silahlara aid 4 ədəd patron və 1 ədəd avtomat silahına adi patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş »
››› Qadınların qeybə çəkildiyi, uşaqların ac dolaşdığı şəhər - Video
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
Son xəbərlər
Bütün xəbərlər »