Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
212 qr ağırlığında doğulan körpə dünyanın möcüzəsi oldu
212 qr ağırlığında doğulan körpə dünyanın möcüzəsi oldu

Hamiləliyin 25 -ci həftəsində, çəkisi 212 qr ağırlığında doğulan Yu Xuan dünyanın ən kiçik körpəsi oldu.

Bizimyol.info xəbər verir ki, Sinqapur Milli Universiteti Xəstəxanasından verilən açıqlamaya görə, Kwek Yu Xuan, bütün çətinliklərə baxmayaraq inadkarlığı və böyüməsi ilə ətrafındakı insanlara ilham verir.

Dünyanın ən kiçik körpəsi olan Yu Xuan xəstəxanada olduğu müddətdə bir çox fərqli müalicələr alıb. Həyatda qalması üçün müxtəlif növ aparatlara bağlanıb. Həkimlər onun sağlamlığının və inkişafının xəstəxana nəzarəti altında normal irəlilədiyini və indi evə yazılmaq üçün kifayət qədər yaxşı olduğunu söyləyirlər.

Qeyd edək ki, Yu Xuan hələ də ağciyərin xroniki xəstəliyindən əziyyət çəkir. Ancaq həkimlər, körpənin zamanla sağalacağını düşünürlər.

Hazırladı: Leyla

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »