Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“D vitamininin ən böyük qaynağı günəş işığıdır"
“D vitamininin ən böyük qaynağı günəş işığıdır"

Son günlər koronavirusa yoluxma halları sürətlə artır. Koronavirusun qarşısını konkret olaraq alan hərhansı bir qida olmasa da, düzgün qidalanma, nizamlı yuxu immun sistemini gücləndirir və xəstəliyə yoluxan zaman orqanizmin xəstəliklə mübarizə aparmağa gücü olur.

Koronavirusun iki həftəlik ağır dönəmini müvəffəqiyyətlə keçə bilmək üçün protein, lif, vitamin, mineral və antikoksidantla zəngin qidalara üstünlük vermək lazımdır.

Dietoloq Samir Quliyev Bizimyol.info saytına bildirib ki, sağlam olmaq üçün əslində hər gün meyvə-tərəvəz yemək lazımdır. Qida qəbulu zamanı daha çox tərəvəz, taxıl məhsulları, meyvə, yüksək proteinli qidalar - ət, balıq, toyuq, yumurtaya üstünlük vermək laızmdır. Süd məhsulları; qatıq, ayran, pendir də sağlamlıq üçün önəmlidir.

“Bütün bunlarla yanaşı ən vacib maye qəbuludur. Gündə 3 litr su içmək lazımdır. Artıq koronavirusa yolxumusunuzsa, daha diqqətli olmalısınız. Zeytun yağı, mövsümə uyğun meyvələr, mərci, noxud, lobya və s. gündəlik rasionda olmalıdır. Həftədə iki dəfə balıq yemək vacibdir. Təzə balıq yoxdursa, dondurulmuş və ya konserv balıq da yemək olar”.

Dietoloq qeyd edib ki, güclü immun sistemi üçün D vitamini səviyyəsi normal səviyyədə olmalıdır. Çünki D vitamini aşağı olan şəxslərdə koronavirus daha ağır keçir. D vitamini səviyyəsi artdıqca xəstəlik azalır.

S.Quliyevin sözlərinə görə, D vitaminini qidalanma ilə məhsullardan almaq mümkün deyil.

“D vitamininin ən böyük qaynağı günəş işığıdır. Buna görə də, D vitamini qəbul etmək üçün hər gün 10.000-15.00 arası 15 dəqiqə üz və qollar açıq formada günəş işığı qəbul etmək vacibdir. Qanda olan D vitamini səviyyəsi aşağıdırsa, D vitamini dərman kimi qəbul edilə bilər. Antioksidant tərkibə malik kivi, portağal, limon, greyfurt, ananas, cəfəri, brokoli qida rasionunda yer almalıdır”.

Dietoloqun sözlərinə görə, soğan-sarımsaq mikroblara qarşı mübarizə gücünü artırdığı üçün yemək zamanı qəbul edilməlidir. İtburnu, nanə-limon, zəncəfil dəmləmələri bədənin mikroblarla mübarizə gücünü artırır.

“Siqaret çəkmək və spirtli içki içmək kimi pis vərdişlərdən uzaq qalmaq lazımdır. Balıq, balıq yağı, qoz Omega-3 yağ turşusu ilə zəngindir. Fındıq, badam və qozun tərkibində antioksidan tərkibli E vitamini də var. Sağlam və güclü immun sistem üçün həddən artıq qidalanmaq da olmaz. Yetərli miqdarda karbonhidrat, protein və yağ qəbul edilməlidir” - deyə dietoloq qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »