Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda çürüyən ömürlər…
Bakıda çürüyən ömürlər…

Bakı Azərbaycanın paytaxtı, uca binaların, əsrarəngiz işıqlı gecələrin məskəni, rayonlarda, kəndlərdə yaşayan bir çox gənclərin arzuladığı, kiminin istəyərək, kiminin isə məcburiyyətdən yaşadığı şəhər…

Bakı çoxlarının arzuladığı şəhər olsa da, yaşadığımız mühitdən bir az uzaqlaşıb kənardan baxdıqda insan dəhşətə gəlir. Özümüzün də xəbərimiz olmadan “beş günlük” ömrümüzü bütün neqativlərin içərisində yaşayırıqmış.

Rayon, kənd həyatı bir çoxlarımız üçün ağır gəlsə də, elə əsl həyat burada imiş. İnsanlar o qədər fiziki iş görürlər ki, şəhər camaatı kimi telefon əlində gəzməyə vaxt olmur. Bu da son illərdə hamımızın psixologiyamızı pozan neqativ xəbərlərdən, hadisələrdən bir az uzaq olmaq deməkdir. Nə mutlu hallarına…

Rayonda və Bakıda yaşayan gəncləri müqayisə etsək, görərik ki, həyat şəraitindən asılı olaraq, daim hərəkətdə olmaları onları fiziki baxımdan da çox fərqləndirir. Rayon, kənd uşaqları, gəncləri sanki daha sağlam, daha gümrah və daha çevikdirlər. Təbii ki, burada qida faktoru da əhəmiyyət daşıyır. Bakıda “kənd yumurtası” adı ilə 30 qəpiyə satılan yumurta hara, rayondakı 15 qəpiklik yumurta hara, qatıq bankalarının ağzındakı qaymaq adı ilə vurulan salfetka hara, əsl qaymaq hara…

Söhbət qiymətdən düşmüşkən onu da deyim ki, rayonlarda qiymətlər də hədsiz dərəcədə aşağıdır. Marketlərdə, bazarlarda satılan əksər məhsullar şəhərlə müqayisədə daha keyfiyyətli və demək olar ki, dəfələrlə ucuzdur.

Nəqliyyat məsələsi isə tamamilə fərqlidir. Bakıda günümüzün əsas hissəsi yollarda, tıxaclarda keçsə də, rayon camaatının ümumiyyətlə tıxac anlayışı yoxdur. Gediləcək məsafələr isə yaxın olduğu üçün insan günün çox hissəsini yollarda qalmalı olmur. Avtobuslar gec saatlara qədər işləməsə də, sevindirici haldır ki, artıq bir çox rayonlarda sifariş taksi xidmətləri fəaliyyətə başlayıb. Bu da insanların işini daha da asanlaşdırıb.

Avtobusların gec saatlara qədər işləməməsi isə iş saatları ilə əlaqəlidir. Çünki rayonlarda iş saatları daha azdır və şəhər camaatı kimi insanalar istismar olunmur.

Yalnız rayonların bir mənfi cəhəti var ki, bu da iş yerlərinin sayının az olmasıdır. Bakıya axın edən şirkətlər rayonlarda fəaliyyət göstərsəydi, həm Bakının yükü azalardı, həm də insanlar bu cür cənnət məkanları qoyub şəhərin əzabına dözməli olmazdı.

Leyla Mirzə

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »