Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş infeksionist: "Yalnız kütləvi vaksinasiya ilə virusun yeni mutasiyalarının qarşısıını almaq mümkündür”
Baş infeksionist: "Yalnız kütləvi vaksinasiya ilə virusun yeni mutasiyalarının qarşısıını almaq mümkündür”

“Koronavirusun yeni ştammları öz klinik və digər çalarlığı ilə əvvəlkilərdən müəyyən qədər fərqlənir. Müşahidələr göstərir ki, delta ştammı klassik ştammdan iki dəfə çox yoluxucu olmaqla yanaşı daha qısa müddətli gizli dövrdən sonra özünü büruzə verir. Xüsusən də xəstəliyin ilkin başlanğıc əlamətlərində fərqlər hiss edilir”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bu variantla xəstələnmə zamanı hərarətin daha çox yüksəlməsi ilə yanaşı burun axması, boğazda ağrı, baş ağrısı, ürəkbulanma, qusma, ishal kimi digər əlamətlərə rast gəlinir: “Bu, insanları bir qədər çaşdırır. Onlarda adi soyuqlama və ya yüngül keçən digər respirator virusların olması təəssüratını yaradır. Nəticədə, buna əhəmiyyət verilmir, həkimə daha gec müraciət olunur. Qeyd olunur ki, xəstələrin müəyyən qismində virus yükü daha yüksək olur, vəziyyətin qəfil pisləşməsi daha tez-birinci həftədə baş verir. Ancaq sonrakı gedişat, xüsusən də fəsad və ağırlaşmalar eynilik təşkil edir. Ümumilikdə, bu variantın daha ağır keçməsi haqda mülahizələr olsa da, bunlar hələlik tam sübutlu sayılmır. Ancaq qeyd olunan fərqlər əsasında pasiyentdə məhz delta ştammının olmasını təsdiqləmək olmaz. Bunun üçün xüsusi laborator müayinələr mövcuddur”.

Baş infeksionist virusdan qorunmağın “qızıl” qaydalarına ciddi əməl edilməsinin vacib olduğunu vurğulayıb: “Digər faktor əhalidə infeksiyaya qarşı immunitetin formalaşmasıdır. Bildiyimiz kimi, bu iki yolla baş verir: infeksiyaya yoluxaraq təbii yolla və vaksinasiya vasitəsilə. Nə qədər çox əhali kütləsi bu prosesə cəlb olunarsa, bir o qədər epidemioloji durumu nəzarətdə saxlamağa imkan yaranar. Artıq dünya təcrübəsi də bunu deməyə əsas verir ki, pandemiyadan qurtulmağın yeganə yolu məhz əhalinin kütləvi vaksinasiyasıdır. Yəni, virus yayan insanın ətrafında infeksiyaya həssas olmayan şəxslərin sayı artdıqca epidemioloji zəncir qırılır və sonda yoluxma hallarının sayı azalır. Onu da qeyd etmək istərdim ki, COVID-19 infeksiyasına qarşı mövcud peyvəndlərin effektivliyi müxtəlif olsa da, 100 faizli qorunma yoxdur. Yəni, peyvənd olunmuş insanların böyük əksəriyyəti ya yoluxmur, hətta yoluxarsa da belə, infeksiyanı simptomsuz, xəstəliyi daha yüngül keçirir, xəstəxanaya yatırılma hallarının, xüsusən də ağır gedişlərin sayı əhəmiyyətli dərəcədə azalır. Artıq qətiyyətlə demək olar ki, vaksinasiya dünyada yüz minlərlə insanı ölümün pəncəsindən xilas edib. Lakin hər bir vaksin olunmuş şəxs də yoluxmadan tam sığortalanmadığı üçün onlar da hələlik qoruyucu vasitələrdən digərləri kimi istifadə etməlidirlər”.

“Yeni mutant ştammlara vaksinlər təsir göstərə bilirmi” sualına cavab olaraq T. Eyvazov deyib ki, bu barədə müxtəlif araşdırmalar aparılır. Ümumdünya Səhiyyə Təşkilatı istifadəsinə icazə verilmiş bütün vaksinlərin mövcud ştammlara qarşı təsirli olduğunu bəyan edib. Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, bu vaksinlərin effektivlik göstəricisi yeni ştammlara münasibətdə bir qədər az olsa da, hələki yetərli səviyyədədir. Onu da qeyd etmək lazımdır ki, yalnız kütləvi vaksinasiya yolu ilə virusun artıb-çoxalmasını əngəlləməklə, eyni zamanda, yeni mutasiyaların əmələ gəlməsinin qarşısıını almaq mümkündür”.(apa)

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »