Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlara öyrətməli olduğunuz 7 vacib prinsip
Uşaqlara öyrətməli olduğunuz 7 vacib prinsip

Bir çox valideynlər övladları ilə bərabərlik anlayışını səhv qəbul edir. Bu yanaşma bir nöqtədə uşaqların psixikası üçün təhlükəli ola bilər. Çünki həqiqi bərabərlik öz əməyi ilə verilən imkanlar bərabərliyi ilə birlikdə gəlir. Uşağınız bunu dərk etmirsə, davamlı sosial uğursuzluğa məhkumdur.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər uşaq tərbiyəsində üç vəzifənin öhdəsindən gəlməyi vacib sayır. Birincisi, emosiyaları və ehtiyacları başqalarının köməyi olmadan tənzimləməlisən. İkincisi, özünü və ehtiyaclarını başqalarının köməyi olmadan təmin etməlisən. Üçüncüsü, cəmiyyətdə özünü başqalarının köməyi olmadan ifadə etməlisən.

Mütəxəssislər hesab edir ki, bərabərsizlik özlüyündə bacarıqların inkişafına təkan verə bilər. Uşağınız sizinlə eyni olduğunu düşündüyü müddət ərzində yuxarıda sadalanan üç vəzifənin öhdəsindən gəlmək üçün barmağını da tərpətməyəcək. Uşaqlar üzərinə məsuliyyət götürmədikcə valideynləriylə bərabər deyil. Həm də nəzərə almaq lazımdır ki, valideynlər getdikcə daha müdrikləşə bilər.

Sizdən daha böyük imkanları, bacarıqları olan insanın təcrübəsinə, müdrikliyinə hörmət etməmək kobudluqdur. Belə davranış uşağın inkişafına birbaşa əngəl yaradan amildir. Bərabərlik ideyası uşaqların zehninə valideynləriylə əsassız yerə eyni səlahiyyətlər almalı olması barədə yanlış təxəyyül yeridir.

Tərbiyənin psixoloji tərəfləri barədə kitab müəllifi olan Nina Rubşteyn hesab edir ki, uşaqların bir neçə qaydaya əməl etməsi vacibdir.

1 – Heç kimin ona borcu yoxdur.

2 – Qaydaları pulu ödəyən müəyyənləşdirir.

3 – Unikallıq və dühalıq fərdi qürur hissinin əsasıdır, amma real həyatda bunun elə bir çəkisi yoxdur.

4 – Həqiqi çəkini insana onun bacarıqları gətirir. Məsələn, sosial əlaqələr qurmaq və öz məhsulunu satmaq. Bu, tam maliyyə və psixoloji azadlıq gətirir, başqalarından asılı olmağa qoymur.

5 – Sənin yerinə xərc çəkənlərlə bərabər səviyyədə danışmaq ədəbsizlikdir. Öz qaydalarını yaratmaq istəyirsənsə, ödə.

6 – İnsanların sənin sərhədlərinə, zövqünə və ehtiyaclarına hörmət etməsini istəyirsənsə, ümumi işə töhfə verməlisən. Avtoritet göydən düşmür.

7 – İdeal şərtlər inkişafa yox, tənəzzülə gətirib çıxarır. Bütün məhdudiyyətlər və problemlərlə birlikdə oyun şərtlərini qəbul etmək lazımdır.

Paylaş »
››› Daha bir türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
Son xəbərlər
Bütün xəbərlər »