Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyə yanğınlara görə öz siyasətini dəyişməyəcək”
“Türkiyə yanğınlara görə öz siyasətini dəyişməyəcək”

Tofiq Zülfüqarov: “Regiondakı proseslərdə Azərbaycanın da geri addım atacağını düşünmürəm”

“Türkiyədəki yanğınlar bu dövlətin regiondakı roluna təsir etməyəcək”. Bu fikirləri Bizimyol.info saytında bölgədəki prosesləri şərh edən siyasi şərhçi, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

O bildirib ki, baş verən yanğınlar nəticəsində Türkiyənin həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan böyük zərbə dəyib.

“Lakin Türkiyənin bu çətinliklər qarşısında təslim olacağını, regiondakı proseslərdə rolunu zəiflədəcəyini düşünmürəm. Türkiyə yanğınlara görə öz siyasətini dəyişməyəcək. Əksinə, Türkiyə fəal oyunçu olaraq, regiondakı proseslərə təsirini daha da artıracaq” – deyə sabiq nazir bildirib.

O, Ermənistanın İranla nümayişkəranə yaxınlaşmasına da toxunub:

“İran Ermənistanla münasibətlərini qurarkən, özünün azərbaycanlı vətəndaşlarının da fikrini, ictimai rəyi nəzərə almalıdır. Düşünürəm ki, İran rəhbərliyində də bunu bilənlər var. Və İranın "qırmızı xətti” keçəcəyini hesab etmirəm”, - deyı T.Zülfüqarov qeyd edib.

Diplomatın sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun da bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi müəyyən istiqamətdə “nəsə qoparmaq”, Azərbaycana təsir etmək məqsədi daşıyıb.

“Makronun birinci məqsədi ATƏT-in Minsk qrupunu proseslərə qaytarmaqdır. Lakin Azərbaycanın geri addım atacağını düşünmürəm. İlham Əliyev bu məsələdə Azərbaycanda olan ictimai rəyi də  nəzərə alır.Ona görə də, Makronun bu manevrləri sadəcə “nə isə etməyə çalışdım” deyə bilmək üçün xidmət edəcək”, - deyə T.Zülfüqarov əlavə edib.

Rüfət Əhmədzadə

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »