Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ümid edirəm ki, "Eldar Həsənovu artıq itirdik” məlumatını yaymalı olmayacağıq"
"Ümid edirəm ki, "Eldar Həsənovu artıq itirdik” məlumatını yaymalı olmayacağıq"

Keçmiş Baş prokuror və səfir Eldar Həsənovun vəkilləri onun durumunun kəskin ağırlaşdığını bildirir. Bununla əlaqədar avqustun 9-da vəkillər Cavad Cavadov, Adəm Məmmədov, Valeh Mehrəliyev və Cəlil Mirzəyev Baş prokuror Kamran Əliyevə vəsatətlə müraciət edib.

Bizimyol.info xəbər verir ki, avqustun 8-də saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalında huşunu itirərək yerə yıxılıb. Bu barərə məlumat verən vəkili Cavad Cavadov bildirib ki, nəticədə onun onun bədənində zədələr yaranıb: “Tibbi yardım göstərilsə də, başgicəllənmələr 15-20 dəqiqə ərzində dayanmayıb. Həkimlər bunun həyəcanverici siqnal olduğunu bildiriblər”.

Vəkil bildirib ki, həmin gün səhər saat 11.30-da özü də müstəntiqlə birlikdə Eldar Həsənovla görüşüb. Onu görüşə əlil arabasında gətiriblər: “Özünün bildirdiyinə görə həkimlər ona bu vəziyyətdə sərbəst, hətta çəliklə belə, hərəkət etməyi israrla qadağan edirlər. Vaxtında tibbi yardım göstərilməməsinə görə insanın bu duruma düşməsinin şahidi olduq”.

Cavad Cavadov əlavə edib ki, müvəkkilinin həyatının təhlükə altında olduğunu nəzərə alaraq, Baş Prokurora müraciət ediblər. Onlar müraciətdə keçmiş səfirin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun müalicəsinin ixtisaslaşmış xəstəxanada davam etdirilməsinə imkan verilməsini istəyiblər: Çox ümid edirəm ki, heç olmasa, bu müraciətə müsbət yanaşılacaq: "Eldar Həsənovu artıq itirdik” məlumatını yaymalı olmayacağıq. Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir”.

Vəkilin dediklərinə Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. 2001-ci ildən Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham olunur.

Sabiq səfir ittihamı qəbul etmir və özünü təqsirli bilmir.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »