Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AK Partiya sözçüsü: “Son 12 gündə 16 yerdə böyük yanğının olması düşündürücüdür”
AK Partiya sözçüsü: “Son 12 gündə 16 yerdə böyük yanğının olması düşündürücüdür”

“Türkiyədə son 12 gündə 16 böyük miqyaslı yanğın baş verib”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Mərkəzi İcraiyyə Heyətinin (MYK) növbəti iclasından sonra partiyanın sözçüsü Ömər Çelik bildirib.

Onun sözlərinə görə, iclasda Türkiyədəki meşə yanğnları ilə bağlı geniş müzakirələr aparılıb.

Ö. Çelik iyulun 28-dən indiyədək 260 yanğının olduğunu, onlardan 256-nın nəzarətə alındığını deyib: “Hazırda 4 yerdə meşə yanğınlarının söndürülməsi istiqamətində səfərbərlik qruplarının yangönsöndürmə və xilasetmə tədbirləri davam etdirilir”.

AK Partiya sözcüsü bildirib ki, söndürülən yanğınların qarşısnın alınması və digər meşə ərazilərinin yanmaması üçün müvafiq tədbirlərin görülməsi üçün müzakirələr aparılıb: “Son 2 ildə 5 böyük yanğın olduğu halda, son 12 gündə 16 böyük yanğının olması düşündürücüdür. Aralıq dənizi ərazisi yanğına həssas zonadır, indiki halda da təhlükə riski yüksəkdir. Odur ki, biz mübarizə və nəzarət tədbirlərimizi artırmalıyıq. Hər fəlakət bizə daha yeni təcrübə və mübarizə imkanı verdiyi üçün bütün bunlar nəzərə alınmaqdadır”.

Ö.Çelik bu gərgin günlərdə başda Azərbaycan olmaqla Türkiyəyə dəstək verən bütün ölkələrə təşəkkür edib: “Buradan Azərbaycanı ürəkdən salamlayıram. Azərbaycan, İran, İspaniya, Ukrayna, Qatar, Rusiya, Polşadan verilən dəstəyə görə təşəkürümüzü bildiririk”.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »