Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Bölgələrdə bəzi məmurlar fermerləri incidirlər”
Deputat: “Bölgələrdə bəzi məmurlar fermerləri incidirlər”

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri 2020-ci ilin analoji dövrünə nisbətən 4,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,1%, qeyri-ərzaq məhsulları üzrə 4,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,9% artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin iyul ayında aylıq inflyasiya 0,9%, illik inflyasiya isə 6% təşkil edib.

2021-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3%, əvvəlki ilin iyul ayına nisbətən 6,4% artıb.

Qeyd edək ki, inflyasiyanın hədəf diapazonu isə 4±2%-dir.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın, kələmin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, çayın, kola içkisinin, arağın, pivənin, ucuzlaşma isə əsasən yumurtanın, bananın, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, bibərin, badımcanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Həmçinin hesabatda qeyd olunur ki,  2021-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 2,1%, əvvəlki ilin iyul ayına nisbətən 6,2% artıb. Qaz tariflərinin artması da bir sıra sahələrdə, iaşə-xidmət sektorunda qiymətlərin artımı ilə müşahidə olunub.

Məsələni Bizimyol.info-ya şərh edən iqtisadi elmlər doktoru, professor, millət vəkili Rüfət Quliyev bildirib ki, pandemiya şəraitində ərzaq çatışmazlığı, habelə inflyasiya və kommunal xidmətlərdə, xüsusən də qaz tariflərində bahalaşma bütün dünyada müşahidə olunub.

Rüfət Quliyev Rüfət Quliyev

“Karantin dövründə istehsal azaldı, istehlak isə artdı. Bu da, bütün dünyada bahalaşmaya, ərzaq çatışmazlığının yaranmasına səbəb oldu. Ümumiyyətlə, tələb və təklif amili burda önəmli rol oynayır. Azərbaycanın təxminən 9 aylıq ərzaq ehtiyatları var. Və bu istiqamətdə ciddi tədbirlər də görülüb. Lakin bütün problemlərin kökü ondadır ki, biz zəruri ərzaq məhsullarının əksəriyyətini, o cümlədən də taxılı xaricdən gətiririk, idxal edirik. Bu isə ölkədən dollar ixracı deməkdir”, - deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, pandemiya vəziyyətinin uzanması təkcə Azərbaycanın deyil, bütün MDB ölkələrinin iqtisadiyyatına zərbə vurub.

“Azərbaycanda qeyri-neft sektoru yetərincə inkişaf etməyib. Çoxşaxəli iqtisadiyyat modelini qurmağa ürəyimiz istəyən səviyyədə nail ola bilməmişik. Bölgələrdə hələ də problemlər qalıb. Yerlərdəki bəzi məmurlar öz işlərinə ciddi yanaşmırlar, fermerləri incidirlər. Müəyyən müsbət nailiyyətlər var, amma inkişaf kompleks getmir. Sanki bəzi məmurlara tez-tez nəzarət etməli, ona vəzifəsini xatırlatmalısan. Həmçinin, kənd təsərrüfatının inkişafı üçün subsidiyalar da yetərli deyil. Bunun üçün kənd təsərrüfatına investisiyaları artırmaq, daha doğrusu sahibkarları həvəsləndirmək lazımdır. Azərbaycanda kənd təsərrüfatının inkişafı ortalama 6 faizdir. Amma məncə, bu göstərici10 faizdən aşağı olmamalıdır”, - deyə millət vəkili əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »