Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmək Nazirliyindən "COVİD pasportu" ilə bağlı açıqlama
Əmək Nazirliyindən "COVİD pasportu" ilə bağlı açıqlama

Bu gün Bizimyol.info saytında yer almış materialla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi redaksiyamıza cavab məktubu ünvanlayıb.

Materialda bildirilirdi ki, Nazirliyə elektron müraciət zamanı da COVİD pasportu tələb olunacaq. Amma Nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, bu pasport yalnız sonrakı mərhələdə əyani ünsiyyət tələb edən hallarda tələb ediləcək. Nazirliyin cavabını olduğu kimi təqdim edirik:

Saytınızda bu gün yayımlanmış məqalədə peyvənd olunmayanların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada da müraciət edə bilməyəcəyi barədə yayılan məlumatla əlaqədar bildiririk ki, COVİD-19 pasportu əyani qəbul, əyani ünsiyyət və müayinə üçün tələb ediləcək.

Nazilriyin e-xidmətlərinin bir qismi var ki, onlarda müraciətə baxılaraq cavablandırılması üçün vətəndaşla əyani ünsiyyət nəzərdə tutulur. Məsələn, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət həmin müraciətə baxılmasının növbəti mərhələsi kimi ailənin maddi-məişət şəraitinin müayinəsini, yəni vətəndaşla əyani təması nəzərdə tutur. Yalnız belə e-xidmətlər üçün vətəndaşın COVİD-19 pasportunun olması tələb edilir. Lakin bu və ya digər mərhələdə əyani ünsiyyəti nəzərdə tutmayan e-xidmətlər üçün bu tələb yoxdur.

Yəni COVİD-19 pasportu tələbi heç də bütün e-xidmətlərə aid deyil.

ƏƏSMN mətbuat xidməti

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »