Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu problemi Rusiya yaradıb, o da həll etməlidir”
“Bu problemi Rusiya yaradıb, o da həll etməlidir”

2021-ci ilin 9 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə ediblər.

Tərəflər, eyni zamanda ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edib. İki günlük səfər çərçivəsində S.Zas Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər nazirinin səlahiyyətlərini icra edən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyanla görüşəcək.

Xatırlatma üçün qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinə Rusiya sülhməramlılarının yerləşdirilməsi təklifilə çıxış etmişdi.

Bu və digər məqamları Bizimyol.info saytına şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, sülhməramlılar ancaq Qarabağda yerləşir və sərhəd bölgəsinə də sühlməramlı gətirilməsi qeyri-mümkündür.

Zərdüşt Əlizadə Zərdüşt Əlizadə

“Ermənistan tərəfi var gücü ilə göstərməyə çalışır ki, sərhədlərin delimitasiyası həlli çətin olan münaqişəli məsələdir. Bu problemi Rusiya yaradıb, Rusiya da həll etməlidir. Düşünürəm ki, birgə komissiya təşkil olunsa və rusiyalı mütəxəssislərin də orda iştirakı təmin olunsa, tezliklə bu problem həllini tapa bilər”, - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, KTMT-nin baş katibi Stanislav Zasın da Ermənistana səfəri təsadüfi deyil. “Zas çox savadlı, nüfuzlu generaldır. Hesab edirəm ki, o, Ermənistan rəhbərliyini başa sala biləcək ki, mütləq sərhəd məsələsini həll etmək lazımdır və bu yubanma çox davam edə bilməz”,- deyə Z.Əlizadə qeyd edib.

Politoloq yubanmanın əsas səbəbi kimi, Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsi olduğunu deyib. “Əgər Ermənistan Azərbaycanla delimitasiya və demarkasiya məsələsində razılaşsa, deməli, Azərbaycanın ərazi bütövlüyünü də tanımalı olacaq. Bilavasitə, rəsmi İrəvan öz ərazi iddialarından da birfədəlik əl çəkməlidir”,– deyə Z.Əlizadə söyləyib.

Politoloq Azərbaycan-Ermənistan sərhədlərində rusiyalı sərhədçilərin yerləşəcəyini istisna etməyib.

“Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Ermənistanın Azərbaycanla sərhədlərində isə rusiyalı sərhədçilərin keşik çəkməsi hazırda məntiqsizdir. Onlar harda durmalıdır? Hansı məntəqələrdə post qurmalıdırlar? Axı hələ dəqiq delimistasiya baş tutmayıb. Ona görə də, ilk növbədə delimitasiya və demarkasiya işləri yekunlaşmalıdır. Bunun üçün isə Rusiyanın vasitəçiliyi vacibdir”,- deyə politoloq əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »