Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstəni qovmaqda ittiham olunan baş həkim: “Məndən saxta arayış istəyirdi”
Xəstəni qovmaqda ittiham olunan baş həkim: “Məndən saxta arayış istəyirdi”

8 saylı Şəhər Poliklininakısının baş həkimi Tamilla Kərimova ona qarşı səsləndirilən ittihamlara cavab verib

Avqtustun 7-də Bizimyol.info saytında “Baş həkim hamilə olduğumu görə-görə məni təhqir edib qovdu” başlıqlı məqalə dərc olunmuşdu.

Həmin məqalədə bildirilirdi ki, Bakıda Nərimanov rayonunda yaşayan Lalə Məmmədova avqustun 5-də Nərimanov rayonu Hidayətzadə 11 ünvanında yerləşən 8 saylı Şəhər Poliklinikasında kobud rəftar və təhqirlə üzləşdiyini bildirib.

Bu məsələ ilə bağlı Bizimyol.info saytına müraciət edən Lalə Məmmədova bildirib ki, Tədris Cərrahiyə Klinikasında çalışır və 8 aylıq hamilə olduğu üçün, analıq məzuniyyətinə çıxıb.

“Hamilə xanımlara peyvənd olmaz və bunun  üçün də arayış lazım olduğu üçün, mən bizim ərazidə olan 8 saylı Şəhər Poliklinikasına müraciət etməyi qərara aldım. Ondan əvvəl isə “E-Təbib” tətbiqi ilə, Masazırda qeydiyyatda olan qayınanam üçün 8 saylı Şəhər Poliklinikasına növbə götürdüm. Lakin poliklinikaya gəldiyimizdə kobudluq və karantin qaydalarına zidd bir vəziyyətlə üzləşdik. Heç kimin maskası yoxdur və həkimlər, tibb bacıları kobud, yüksək səslə danışırlar. Nə mən arayış ala bildim, nə də qayınanama vaksin vurdular”, - deyə L.Məmmədova qeyd edib.

L.Məmmədova bildirdi ki, TƏBİB və Səhiyyə Nazirliyinə dəfələrlə zəng etsə də, buna müvəffəq ola bilməyib: “Məcbur qalaraq, Masazır Poliklinikasına getdik. Orda isə hər şey qaydasında, hətta yüksək səviyyədə idi. Qayınanama vaksin vurdular, çox da hörmətlə yola saldılar. Mən təəccüb etdim ki, şəhər poliklinikası ilə kənd poliklinikası arasındakı fərq belə olmalıdır?”.

L.Məmmədovanın şikayətini dinlədikdən sonra, biz də dəfələrlə TƏBİB, Səhiyyə Nazirliyi və 8 saylı Şəhər Poliklinikasına zəng etmişdik, amma zənglərimizə cavab verən olmamışdı.

Avqustun 9-da biz qarşı tərəfin fikrini də dərc etmək məqsədilə təkrarən 8 saylı Şəhər Poliklinikasına zəng etdik və baş həkim Tamilla Kərimova ilə danışa bildik.

“O xanım tamamilə yalan deyir. Onların heç biri bu rayon ərazisində yaşamırlar və xanım bizə yaxınlaşaraq, qayınanasına saxta vaksin arayışı lazım olduğunu dedi. Mübahisə də bundan sonra başladı. Biz bunun mümkün olmadığını desək də, Lalə Məmmədova səsini qaldıraraq bizi təhqir etməyə başladı. Həkim olduğunu deyərək, bizdən saxta sənəd almaq istəyirdilər. Onlar Masazırda yaşayırlar. Çox güman ki, başqa poliklinikaları gəzə-gəzə, bizim poliklinikaya da gəlib çıxıblar”, - deyə T.Karimova vurğulayıb.

Lakin baş həkim biz təkrarən soruşduqda etiraf etdi ki, həqiqətən də başqa rayonda qeydiyyatda olanların öz rəhbərlik etdiyi poliklinikada vaksin olunmasına icazə vermir: “Bu barədə nazirin əmri var. Sabah əks-göstəriş olanda, mən xəstəni hardan tapmalıyam?”.

Şikayətçi Lalə Məmmədova isə bildirir ki, baş həkim ona böhtan atır.

“Biz ondan saxta arayış istəmədik. Mənim özümə əks-göstəriş arayışı lazım idi, qayınanam isə həqiqətən də vaksin olunmalı idi. Lakin Tamilla Kərimova bizə böhtan atır. Qayınanam sonradan Masazır Poliklinikasında vaksin olundu. Yoxlamaq üçün, analiz də verə bilər. Vaksin olunan insanların qanında əks-cisimlərin miqdarı artıq olur”, - deyə L.Məmmədova qeyd edib.

Biz hansı əmrdən, hansı qaydalardan söz getdiyini öyrənməyə çalışdıq. Lakin Səhiyyə Nazirliyində də, TƏBİB-də də zənglərimizə cavab verən olmadı.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »