Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmək pensiyaları ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Əmək pensiyaları ilə bağlı qanuna dəyişiklik təsdiqlənib

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, dəyişikliklə dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif edilib.

Başqa sözlə, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranacaq.

Qanun layihəsi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanına uyğun olaraq, dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərin hazırlanması barədə tapşırığın icrasını təmin etmək məqsədilə hazırlanıb.

Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

Paylaş »
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »