Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Bəzi insanlar növbəti sərt karantin rejiminə zəmin yaradır”
Deputat: “Bəzi insanlar növbəti sərt karantin rejiminə zəmin yaradır”

Rüfət Quliyev: “Toylarda qaydaların pozulması, insanların həddən çox arxayınlığı indiyədək görülən işlərin üstündən xətt çəkir”

Bu gün Azərbaycanda koronavirus infeksiyasına 1220 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 8-də bildirilib ki, indiyədək ölkədə ümumilikdə 351 min 825 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Onlardan 335025 nəfər müalicə olunaraq sağalıb, 5063 nəfər vəfat edib.

Hazırda müalicə olunan xəstələrin sayı 9578 nəfərdir.

Yoluxmaların artması Azərbaycan cəmiyyətində, təbii ki, birmənalı qarşılanmır. Sosial şəbəkələrdə artıq tezliklə qaydaların yenidən sərtləşəcəyi, sərt karantin rejiminin tətbiq olunacağı barədə şayiələr müzakirə olunur.

Cəmiyyətimiz növbəti sərt karantinə hazırdırmı?

Pandemiyadan savayı, həm də müharibədən çıxan bir ölkənin iqtisadiyyatı bu çətinliklərə tab gətirə biləcəkmi?

Bizimyol.info saytına danışan millət vəkili, iqtisadi elmlər doktoru, professor Rüfət Quliyev bildirib ki, hazırda siyasi dairələrdə sərt karantin rejiminin yenidən tətbiq olunması dilə gətirilmir.

Rüfət Quliyev Rüfət Quliyev

“Lakin bu, o demək deyil ki, insanlarımız arxayınlaşmalı, virusun daha da yayılmasına “kömək” etməlidirlər. Təəssüflər olsun ki, cəmiyyətimizdə bir çoxları elə bilir ki, karantin yumşaldıldı, vəssəlam, daha virus yoxdur və qorxmağa dəyməz. Maskanı da bir çoxları görüntü naminə, çənələrinə taxırlar”, - deyə R.Quliyev qeyd edib.

Millət vəkilinin sözlərinə görə, son bir ayda toyların keçirilməsinə icazə verildikdən sonra, yoluxma sayının sürətlə artması ondan xəbər verir ki, toylarda qaydalar kobud şəkildə pozulur.

“Hər gün ölkə boyu keçirilən toylarda onlarla insan cərimələnir. Bu, hələ polis əməkdaşlarının görə bildiyi hallardır. Gözdən qaçan, kobud şəkildə karantin qaydalarının pozulduğu nə qədər hallar da var. Mən neçə nəfər tanıyıram ki, keçirdiyi toyda qonaqların sayı 250-300 nəfərə çatır, karantin qaydaları da kobud surətdə pozulur. Bu şəxslər anlamır ki, bütün xalq üçün problem yaradırlar. Bir ildən çoxdur ki, əziyyətlər və məhrumiyyətlər bahasına pandemiya ilə mübarizə aparmış, yoluxmanın sayını xeyli azalda bilmişdik. İndi isə əksini görürürük. Mənə elə gəlir ki, insanların çox toplaşdığı, məclislər keçirilən yerlərdə sərt tədbirlər görülməlidir ”.

Onun sözlərinə görə, cəmiyyətdə bir çox insanın pandemiya ilə bağlı vətəndaş məsuliyyəti göstərməməsi növbəti dəfə sərt karantin rejiminin tətbiq olunmasına zərurət yarada bilər.

“Biz də bunu istəmirik. Növbəti sərt karantinin ölkəmiz üçün ağır iqtisadi fəsadları da ola bilər. Lakin bəzi insanlarımız anlamalıdır ki, hələ təhlükə sovuşmayıb və bu qaydaları da heç kim elə-belə, qayda xətrinə tətbiq etməyib. Qaydalar varsa, əməl edilməlidir”, - deyə millət vəkili Rüfət Quliyev əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› TƏBİB-in "gizli" dərman paketi
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
Son xəbərlər
Bütün xəbərlər »