Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
70 bölgədə oğurluq edən dəstə üzvləri həbs edildi
70 bölgədə oğurluq edən dəstə üzvləri həbs edildi

Türkiyədə Asayiş Şöbəsi, Oğurluq Bürosu qrupları şəhərdəki bir şəbəkə bazarının 7 filialından telefon, planşet və ağıllı saat oğurluqları edən şəxlər haqqında axtarışa başlanıb.

Bizimyol.info xəbər verir ki, istintaq zamanı şübhəlilərin Doğan Şimşek və Nesrattin Yavuz olduğu müəyyən edilib.

Şübhəlilərin Gaziantep istiqamətinə getdiyini təyin edən qruplar, onları Kömürlər bölgəsində saxlayıb. Lakin həmin şəxslər polisə saxta vəsiqə təqdim edərək, bildiriblər ki, biz günahkar deyilik.

Buna baxmayaraq, Doğan Şimşek və Nesrattin Yavuz polis tərəfindən saxlanılıb. Şübhəlilərin nəqliyyat vasitələrinə edilən axtarış zamanı hər bir oğurluqda geyindikləri paltarlar, 12 ədəd cib telefonu, 5 ədəd planşet, 3 ədəd ağıllı saat, 1 ədəd rəqəmsal lövhə ələ keçirilib.

Polis bölməsinə aparılan şübhəlilərin çoxlu sayda cinayət qeydləri olduğu, 70-ə yaxın əyalətdə oğurluqla məşğul olduqları və axtarıldıqları məlum olub. Polis bölməsində sorğu -sual edildikdən sonra ədliyyəyə sövq edilən iki şübhəli məhkəmə tərəfindən həbs edilib.

Hazırladı: Leyla

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »