Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Polad Həşimovun şəhid olması ona çox pis təsir etmişdi"
"Polad Həşimovun şəhid olması ona çox pis təsir etmişdi"

İnsan sevdiyini itirən zaman canı yanar, yanar

Sonuncu mənzilə ötürən zaman canı yanar-yanar...

Hər zaman düşünmüşəm ki, həyatda ən böyük ağrı sevdiyin insanın ölümü ola bilər. Küssən də, dalaşsan da, bilirsən ki, həyatdadır, səninlə eyni havanı udur. Ancaq ölüm...

Onun yox olması. Bir daha səsini eşitməyəcəksən, bir daha gülüşünü görməyəcəksən, hətta bir daha mübahisə belə etməyəcəksən. Bunu qəbul etmək ən ağır dərddir.

İkinci Vətən müharibəsində minlərlə qız-gəlin sevdiyini itirdi. Onlardan biri də şəhid Əkbər Məsimovun nişanlısıdır.

Əkbər Yunus oğlu Məsimov 1994-cü il oktyabrın 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. 2012-ci ildə orta məktəbi bitirən Əkbər 2014-cü ildə hərbi xidmətə gedir. Hərbi xidmətini Naxçıvanın Şahbuz rayonunda "N" saylı hərbi hissədə keçir. 2016-cı ildə hərbi xidmətini başa vuraraq kənddə təsərrüfat işləri ilə məşğul olmağa başlayır. 2017-ci ildə isə yenidən hərbi sahəyə qayıdır və Şəmkir rayonunun Seyfəli kəndində MAXE kimi işləməyə başlayır. “Müharibə başlayanda o, artıq 4 il idi ki, xidmət edirdi. Bu müddət ərzində nümunəvi əsgər kimi dəfələrlə fəxri fərmanlar, tərifnamələr almışdı.

2020-ci il sentyabrın 19-da müharibənin başlamasına bir həftə qalmış evə gəlib ailə üzvləri ilə görüşüb gedib. Sentyabrın 26-da isə son dəfə danışa bildik”.

Əkbər Mənsimov müharibə başlayan gün sentyabrın 27-də Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

“Döyüşün ilk günündən ondan heç bir xəbər ala bilmədik. Hər gün ümidlə gözləyirdik ki, sağ-salamat sorağı gələcək. Amma 250 gün sonra anasınının telefonuna vəsiqəsini göndərdilər. Döyüşün ilk günü şəhid olub, amma nəşi 8 aydan sonra tapıldı. Bəzən hər kəs ümidini üzürdü, deyirdilər şəhid olub. Amma mən inanmırdım, düşünürdüm ki, sağ-salamat gələcək”- deyə nişanlısı danışır.

“Mehriban, gülərüz, ailəcanlı idi şəhidim. O qədər saf, sevgi dolu bir insan idi ki, haqqında nə qədər xoş danışsam, hisslərimi izah edə bilmərəm. O, Tovuz döyüşlərində də iştirak etmişdi. Mənə deyirdi ki, kaş döyüşlər dayanmazdı. Polad Həşimovun şəhid olması ona çox pis təsir etmişdi. Müharibə olmasını arzulayırdı. Mənə tez-tez deyirdi ki, mənə nəsə olsa, tək istəyim sənin xoşbəxt olmağındır”.

Çox arzuları vardı, Əkbərin. Ailə qurmaq, oğul-uşaq sahibi olmaq. Hamısı 2020-ci ilin sentyabrın 27-də yarım qaldı...

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »