Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Psixoapata istədiyi yeməyi və ya oyuncağı verməklə onu sakitləşdirmək mümkündür"
“Psixoapata istədiyi yeməyi və ya oyuncağı verməklə onu sakitləşdirmək mümkündür"

Mütəxəssislərə görə, bir çox xarakter kimi psixopatlıq da bir xüsusiyyətdir. Belə ki, kişilərin 100/2-si, qadınların isə, 100/0,3-0,7-si psixopat xarakterə malikdir.

Zalımlıq, təsir etmə qabiliyyəti, hisslərini idarə edə bilməmə, inandırma qabiliyyətinə malik olan insanlar da bəzən normal insanlar kimi yaşaya bilir. Hətta ən ağır psixopat xarakterə malik olan insanlar belə bəzən müvəffəqiyyətli insanlar ola bilir.

Psixoloq Ramil Hacılının sözlərinə görə, psixopatları digər insanlardan fərqləndirən əsas xüsusiyyət empati hissinin olmamasıdır. Psixopatlar heç bir zaman başqalarının duyğularını anlaya bilməz, əzab çəkən insanları görüb narahat olmaz. Hətta bir psixopat, kiminsə həyatında xaosa səbəb olduğu halda özünü üstün hesab edərək xoşbəxt ola bilər. Empati hissinin olmaması psixopat üçün problem yaratmır. Bir sözlə, özlərində bir problem olduğunu düşünmürlər.

““Görəsən psixopatam” sualını özünüzə vermisinizsə, deməli siz psixopat deyilsiniz. Bundan başqa psixopat heç vaxt müalicə edilmir. Ümumiyyətlə, 3 psixoloji pozuntusu olan şəxslər müalicə edilmir. Narsistlik, makyavelçilik və psixopatiya müalicə edilməyən psixoloji pozuntulardır. Məsələn, onlar müalicə olunmağa razı olsalar belə həkimlərinə təsir edib, aldada bilirlər. Bir şou yaradırlar. Psixoterapevtin qarşısında başqa bir mən yaradırlar. Qarşılarındakı insanın əsəblərinə necə təsir edə biləcəklərini bilirlər”- deyə psixoloq bildirib.

Onun sözlərinə görə, psixopatlar cəza və ya hər hansı bir sosial damğadan çəkinmirlər. Psixopatlar, cəmiyyətin qaydalarına əməl etmədiyi üçün cəmiyyətin verdiyi qərarların da onlar üzərində heç bir təsiri olmur.

Bləkvudun düşüncəsinə görə, bir psixopatı həbsdə sağaltmaq olduqca çətindir:

“Tələb edildiyi kimi davrandığı təqdirdə psixoapata istədiyi yeməyi və ya oyuncağı verməklə onu sakitləşdirmək mümkündür. Ancaq bu şəxslərə nəzarət etmək, onları idarəetmədə saxlamaq müalicə üsulu deyil. Bütün psixopatlar cinayətkar halına gəlmir. Bəzən onlar hisslərini hiss etdirmədən yaşaya bilirlər” - deyə o əlavə edib.

Mütəxəssislərin fikrincə, psixopat ağıllı biridir. Onları normal insanlardan utanma hissinin olmaması, eqoizm, hisslərin olmaması, xarici cazibə, günahkarlıq və narahatlıq hissinin olmaması, cəzadan təsirlənməmək, məsuliyyətsizlik, insanlrdan istifadə etmək və s. fərqləndirir.

İlk baxışda insanları tanımaq çətindir. Amma bəzi xüsusiyyət və davranışını biruzə verir. Bu səbəbdən də aşağıdakı xüsusiyyət və davranışlara sahib olan insanlarla qarşılaşdığınız zaman diqqətli olun:

  • İnsanları cəzb edib özünə inam sərgiləyərlər. Sabit bir işi və ailəsi ola bilər. Bəzən nümunəvi vətəndaş rolunu oynaya da bilərlər.
  • Həyatda olduqlarından daha ağıllı, daha güclü olduqlarına inanırlar. Müvəfəqiyyətli və güclü insanlara yaxın olmaq istəyərlər.
  • Özlərində heç bir səhv görməz, verdikləri qərar və bu qərarların nəticələrindən məsuliyyət hiss etməz, rədd edərlər.
  • Öz duyğusal vəziyyətlərinə görə hərəkət edər, ağıllarının istədiyi kimi davranarlar.
  • Psixopatlar özlərini qanundan üstün tutarlar.
  • Onlar sıxıntılara və cəzalara reaksiya vermirlər. Psixopatların əxlaq sərhəddi yoxdur. İrəliləmək üçün nə lazımdırsa edərlər və bu müddətdə kimə zərər verdiklərini heç düşünməzlər.
  • Ümumiyyətlə, günahkarlıq və peşmanlıq hiss etməzlər. Pis davranışlarına kimsə əsəbləşməsin deyə günahkarlıq hiss edirmiş kimi davarana bilərlər.
  • Səhvlərini əsla qəbul etməz, üstlərinə çox getdiyiniz zaman günahlarını qəbul etsələr də, səhvlərinin nəticəsindən qaçmaq üçün başqalarından istifadə edərlər.
  • Qarışıqlıq yaratmaq onlar üçün önəmlidir. Əvvəlcə mübahisə yaradar, sonra qurban roluna girərlər. İnsanların həyatını alt-üst edib, heç nə olmamış kimi olanları izləyə bilərlər.
  • Zamanla qarşılarındakı insanı dəyərsizləşdirib, daha yeni və maraqlı birinə istiqamətlənərlər. Münasibətləri və ya evliliyi asanlıqla sonlandıra bilərlər.
  • Yalanları ilə qürur duyan bu insanlar yalanları ortaya çıxan zaman yenidən yalan danışıb, haqqlı olmağa çalışarlar.
  • Aramızda hər 100 nəfər kişidən 2-si, hər 200 qadından isə 1-i psixopatdır. İnsanlarla münasibət qurarkən diqqətli olun ki, bu sonradan həyatınızın böyük səhvi olmasın.

İlahin, Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »