Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kişilər də qadınlar kimidir, istənilməyən tük olan hər yeri lazer etdirə bilirlər"
"Kişilər də qadınlar kimidir, istənilməyən tük olan hər yeri lazer etdirə bilirlər"

Bu gün lazer epilyasiyası etdirən kişilərin sayı artmaqdadır. Əsasən sənət adamları, idmançılar lazer epilyasiyasına üstünlük verir. Ancaq bəzən sadəcə gigiyenik baxımdan təmiz olmaq üçün də epilyasiya etdirən kişilər var.

Kişilər daha çox saqqalın üstü, boyun, ənsə, çiyin və qarın bölgələrinə epilyasiya etdirirlər. Üzgüçülər və digər idman növləri ilə məşğul olan kişilər qol və ayaq tükləri üçün də epilyasiyaya müraciət edir.

Lazeroloq Nigar Məmmədovanın sözlərinə görə, bununla yanaşı qoltuq altı və digər bölgələrinə lazer etdirən kişilər də var:

“Qısacası, kişilər də qadınlar kimidir. İstənilməyən tük olan hər yeri lazer etdirə bilirlər. Kişilərin tək istəyi isə lazerin ağrısız olmasıdır. Ağrısız lazer epilyasiyası isə Buz lazerdir. Hazırda bütün epilyasiya salonlarında daha çox bu lazer üsuluna üstünlük verilir”.

Lazeroloq deyir ki, kişilərin tükləri qadınlarla müqayisədə daha sıx və qalın olduğu üçün kişilər lazer epilyasiyaları zamanı daha çox ağrı hiss edirlər. Çünki lazer şüası tükə rəng verən melanin piqmenti tərəfindən əmilir. Tük nə qədər tünd, nə qədər sıx və nə qədər qalın olarsa daha çox şüa qəbul edilir və bu da daha çox ağrı hiss edilməsinə səbəb olur. Bu ağrını hiss etməmək üçün isə kişilər buz lazerə üstünlük verir. Buz lazer üsulunda tüklər mərhələli şəkildə isidilir və lazer başlığı tüklərə masaj edirmiş kimi toxunulur. Bu zaman həm dəri səthi qorunur, həm də dəri yanması riski minimuma enir. Bu lazer üsulu dəridə qızarma, şişmə və s. digər əks təsir göstərmir.

“Kişilər bütün istənilməyən tüklərdən qurtulmaq istəyirsə, ən az 8 dəfə lazerə müraciət etməlidir. Bu bədən üçün 6 həftə ara ilə, üz üçün isə 4 həftə ara ilə tövsiyyə edilir”- deyən lazeroloq bildirir ki, ilk prosedur zamanı kişilər bir qədər çəkinir. Onlara bu prosesə gəlmək qəribə gəlir. Çünki belə bir fikir formalaşıb ki, lazeri ancaq qadınlar etdirə bilər. Kişisənsə lazer etdirirsənsə, deməli səndə problem var. Əslində isə istənilməyən tüklərdən qurtulmağın cinsi yoxdur.

“Bir neçə prosedurdan sonra isə artıq o hiss keçir. Məsələn ilk dəfə çəkinə-çəkinə üz üçün gələn kişilər, sonradan başqa yerlərdə istənilməyən tüklərdən qurtulmaq üçün müraciət edir. Əslində kişilərin epilyasiya etdirməsi normaldır. Bu prosedur elə bir prosedurdur ki, tük bir ay çıxmır. Bu isə rahatlıqdır. 8 dəfə müraciətdən sonra isə tüklər azalır, incəlir”- deyə lazeroloq bildirib.

N. Məmmədovanın sözlərinə görə, hər gün 3-4 kişi lazer üçün müraciət edir:

“Lazer, kişilər arasında kifayət qədər yayılıb. Əslində bu gigiynik baxımdan da yaxşıdır, təmizlikdir”.

İlahin, Bizimyol.info

Paylaş »
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› Məhkəmə Robert Koçaryanı Moskvaya buraxmadı
Son xəbərlər
Bütün xəbərlər »