Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran-Səudiyyə qarşılaşmasına görə Türkiyənin karate hakimini ölümlə hədələyirlər
İran-Səudiyyə qarşılaşmasına görə Türkiyənin karate hakimini ölümlə hədələyirlər

Tokio Yay Olimpiya Oyunları başa çatdı. Azərbaycan turniri qızıl medalsız başa vurdu. Amma Səudiyyə Ərəbistanında da gözləntilər doğrulmayıb. Ərəb ölkəsi bir “gümüş”lə kifayətlənməli olub. Hərçənd, Səudiyyə Ərəbistanının qızıl medal əldə etmək şansı yüksək idi.

Bizimyol.info xəbər verir ki, türk karate hakimi neft ölkəsinin idmançısının finalda məğlubiyyətinə görə ölümlə hədələnir. Səudiyyə Ərəbistanında “qızıl”sız qalmalarının günahını Uğur Kobaşda görürlər.

Kişi karateçilərin +75 kq çəki dərəcəsindəki mübarizəsində finala Səudiyyə Ərəbistandan Tareq Həmedi ilə İrandan olan Səyyad Gənczadə çıxıb. Qarşılaşma cəmi 59 saniyə sürüb. Həmedinin növbəti zərbələrindən birindən sonra Gənczadə ayağa qalxa bilməyib. Bu vaxt hesab 4:1 ərəb idmançının xeyrinə olub. Uğur Kobaş dərhal həkimləri tatamiyə çağırıb. Məlum olub ki, İran təmsilçisi mübarizəni davam etdirə bilməyəcək. Bundan sonra Kobaş Həmedinin diskvalifikasiya olunduğunu açıqlayıb.

İlk baxışdan türk hakimin qərəzli davrandığını düşünmək olar. Amma karate yarışlarının keçirilməsi qaydaları onun doğru qərar verdiyini ortaya qoyur. Qaydalara görə, idmançılar heç bir halda rəqibini sıradan çıxarmamalıdır. Çünki karate idman növü özlüyündə sülh mesajı verir. Karateçi zərbə zamanı maksimum ehtiyatlı davranmalıdır. Həmedinin ayaq zərbəsi isə Gənczadəni tamamilə sıradan çıxarıb. İran idmançısını tatamidən xərəklə aparmışdılar.

Kobaş qarşılaşmadan sonra sosial şəbəkə hesablarında 300 mindən çox mesaj aldığını bildirib. Yazılanların əksəri təhdid xarakteri daşıyır. Türk hakim onun açıq mətnlərlə ölümlə hədələndiyini deyir.

“Sosial media hesablarıma ardıcıl hücumlar olur. Hesabları ələ keçirməyə çalışırlar. Həyatımda ilk dəfədir belə bir şeylə qarşılaşıram. Ancaq haqlı olduğumu bildiyim üçün vicdanım rahatdır”.

Kobaş sosial şəbəkə hesablarında durumu izah etməyə çalışıb. Hakim qaydaları yazaraq, onun heç bir qərəz nümayiş etdirmədiyini bildirib. Kobaş yazıb ki, “hansoku” (diskvalifikasiya) qərarını o özü heç təklikdə də verməyib. Yan hakimlərlə, eyni zamanda həkimlərlə məsləhətləşmələrdən sonra Həmedinin qaydaları pozduğuna əmin olublar. Bundan sonra qələbə Gənczadəyə verilib.

Kobaş Tokio Yay Olimpiya Oyunlarına gedən 14 hakimdən biri olub. Karate yarışlarının 8 finalından 3-ü ona həvalə edilib. Yəni Kobaş dünyanın tanınmış və böyük etibar qazanmış hakimlərindəndir.

Səyyad Gənczadə İranın Tokioda qızıl medal qazanmış 3-cü idmançısı olub. Cənub qonşumuz Yaponiya paytaxtından ümumilikdə 7 medalla qayıdıb. İran ümumi cədvəldə 27-ci yeri tutub.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »