Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL dünən 200 nəfər sərnişini 10 saat gözlədib: Ardınca da izahat əvəzinə hörmətsizlik...
AZAL dünən 200 nəfər sərnişini 10 saat gözlədib: Ardınca da izahat əvəzinə hörmətsizlik...

Dünən Heydər Əliyev adına Hava Limanından bakıdan Rusiyanın Minvodı şəhərinə uçan sərnişin təyyarəsinin havaya qalxması 10 saat ləngidilib.

Bu barədə deputat Sabir Rüstəmxanlı məlumat verib.

Sabir Rüstəmxanlı Sabir Rüstəmxanlı

“200 kişi, Azərbaycan vətəndaşı. Bakı Heydər Əliyev Hava limanında 10 saata yaxındır oturub Minvodıya uçmaq üçün təyyarə gözləyirlər. Bir o qədər insan da o başda Bakıya uçmaq üçün təyyarə meydanında yatıb qalıb. Bir kəlmə söz deyən, bu yubanmanın, məsuliyyətsizıliyin, xalqa sayqısızlığın səbəbini izah edən yoxdur. Belə şərəfsizlik, belə qanunsuzluq olar? Niyə xalqın əsəbləriylə oynayırlar?”,- deyə deputat qeyd edib.

İyulun 22-də Minvodıya uçan təyyarənin də sərnişinləri 6 saat gözləməli olublar. Eyni hal avqustun 2-də də təkrarlanıb və sərnişinlər 5 saat hava limanında gözlədilib. Hava limanından bu gecikmələrlə bağlı rəsmi cavab olmasa da, aldığımız məlumata görə, sərnişinlərin sayının az olması səbəbindən eyni istiqamətdə olan reyslər birləşdirildiyinə görə belə hal yaşanır.

Hadisə ilə bağlı Fuad Səmədov adlı bir izləyici bildirib ki, həmin gün əsəbi gərilmiş sərnişinlərə yalnız növbə rəisi Baxşəliyev soyadlı bir nəfər yanaşıb və kobudluq edib. O hətta millət vəkilinə də hörmət qoymayıb.

AZAL şirkəti deyilən sözlərə və edilən tənqidlərə heç bir reaksiya vermədiyinə görə gecikmənin rəsmi səbəbləri barədə məlumat verə bilmirik.

Qeyd edək ki, AZAL hazırda Azərbaycanda hava nəqliyyatı üzrə xidmət göstərən yeganə şirkətdir. AZAL öz inhisarçı mövqeyindən istifadə edərək biletləri dünyada tayı-bərabəri olmayan dərəcədə yüksək qiymətə satır. Başqa ölkələrdə rəqabətli şəraitdə fəaliyyət göstərən hava yolları şirkətləri ilə müqayisədə AZAL-ın bilet qiymətləri bəzi hallarda 10 qat yüksək olur. Xidmətin də keyfiyyəti olduqca aşağı səviyyədədir. Elə haqqında danışdığımız gecikmələr də bunu göstərir. Şirkət müştərilərini itirməkdən qorxmadığına görə belə hallarda ümumiyyətlə, izahat verməyi də özünə borc bilmir. AZAL-ın fəaliyyəti böyük narazılıq mənbəyi olsa da, İqtisadiyyat Nazirliyinin anti-inhisar siyasəti qurumları bununla bağlı heç bir tədbir görmür.

İlhamə

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident sabah xalqa müraciət edəcək
››› Sentyabrın 27-nə olan hava proqnozu
››› Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub
Son xəbərlər
Bütün xəbərlər »