Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Acı xarakterin şirin xəstəliyi – Şəkər mübarizlərin azarıymış
Acı xarakterin şirin xəstəliyi – Şəkər mübarizlərin azarıymış

Şəkər xəstəliyi insanların çoxlu şəkər istehlak etməsi nəticəsində deyil,stress nəticəsində yaranır. Bu fikirləri həkim nevropotoloq Timofey Karmatski səsləndirib. O bildirib ki, mədəaltı vəz şirniyyat yeyərkən deyil, stress və münaqişələr zamanı həssas reaksiya verir. Həm də hər bir stress formasına yox.

“O konflikt və mübarizə, müqavimət nəticəsində yaranan stressə cavab verir. İnsan nə iləsə, kimləsə mübarizə aparır, yola getmir, müqavimət göstərirsə mədəaltı vəz işə düşür. Çünki mübarizə aparmaq üçün enerji tələb olunur. Şəkər isə enerjidir.Ona görə istənilən növ diabetin müalicəsinə bədəndən deyil, başdan başlamaq lazımdır”,- deyə həkim qeyd edib.

Doktor Timofey Karmatski xəstələrini təbii yollarla müalicə etməyə üstünlük verir, kompleks yanaşma sərgiləyir.Artıq 10 ildir o, orqanizmin özünü bərpa etməsi üçün həyat tərzi, fiziki və psixi səviyyələrdə yanaşmanın doğru olduğunu bildiri və bu şəkildə müalicə edir. O diabet xəstəliyindən azad olmaq, sağalmaq üçün ilk növbədə beyni saran, onu daima konfliktlərə sürükləyən fikirlərdən uzaqlaşmağın vacibliyini qeyd edir.

Tibbi araşdırmalara görə, şəkərlin diabet mütləq və nisbi insulin çatışmazlığı nəticəsində yaranan xəstəlikdir. Mütləq (pankreasdaxili) insulin çatışmazlığı dedikdə bu hormonun sintezinin və sekresiyasının pozulması nəzərdə tutulur. Buna I tip diabet də deyilir. Əsas səbəblərdən biri mədəaltı vəzin Langerhans adacıqlarında olan B-hüceyrələrin irsi zəifliyidir. Bəzi müəlliflər şəkərli diabetin yaranmasını irsi meyillə əlaqələndirirlər. Lakin nəsildən-nəslə verilmə mexanizmi hələ tam aydın deyil.

İlhamə

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »