Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peyvənd olunmayanlar Nazirliyə elektron müraciət də edə bilməyəcək: Virus internetlə yayılır?
Peyvənd olunmayanlar Nazirliyə elektron müraciət də edə bilməyəcək: Virus internetlə yayılır?

Avqustun 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcək.

Vətəndaşların nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

Bu qərar əhalidə ciddi narazılıq yaradıb. ƏƏSMN-in fəaliyyəti son 2 ildə sanki insanları incitməyə hesablanıb. Sahil Babayev elə bir şərait yaratdı ki, ondan öncəki nazirlərin ölənlərinə rəhmət oxuduq. Pensiyası kəsilənlər, yaradılan çoxlu sayda anlaşılmaz qərarlara görə sosial müavinət alanlar, problemləri həll olunmayan qazilər azmış kimi indi də məcburi "kovid pasportları" proseduru ortaya atıldı. Ən maraqlısı budur ki, elektron müraciət edənlərdən də bu passport tələb olunacaq.

Elektron muraciətlərə pasportun virusun nə dəxli var? Vətəndaş evində oturub elektron muraciət unvanlayir və ya sual verir. O bununla kimə nə təhlükə yaradır ki, məhdudlaşdırmaqla hüquqlarını pozurlar? Məgər koronavirus internetlə yayılır? Bu məsələdən xeyirli çıxan yalnız nazirlik olacaq. Həm müraciətlər azalacaq, həm də ödəmələr. Nə qədər ödənməli olan sosial yardım və təqaüd ödənməyəcək. Qənaətin Azəraycan versiyası!

Məlum məsələdir ki, ƏƏSMN-ə müraciət edənlər əsasən əhalinin həssas təbəqəsidir. İş ondadır ki, Azərbaycanda bu həssas təbəqə də çoxluq təşkil edir. Görünür, nazir çoxluğu azlıq etməyi qarşısına hədəf qoyub. Onsuz da daimi bəhanələrlə, çoxlu sayda şərtlərlə süni maneələr yaradan ƏƏSMN-in bu qərarına süni əngəlin sayını artırmaqdan başqa bir ad vermək olmaz.

Ötən ilin bu vaxtı ölkədə hələ vaksinasiya başlamamışdı, yoluxma sayı bundan az idi. Vaksin də vurulur, yoluxma sayı da artır. Effekti yoxdursa, onda bu komediya nəyə lazımdır? Effekti varsa, onsuz da çətin olan həyatımızı bu qəribə qərarlarla daha da çətinləşdirməyin məqsədi nədir? İnsanları zorla narazı salmaq? Bu yazıda demək olar ki, bütün cümlələrim sual oldu. Çünki Nazirlikdən cavab ala bilmədim. Əhalini saya salırlarsa, ağlabatan bir fikirləri varsa, buyurub etiraz eləsinlər, öz mövqelərini açıqlasınlar, biz də bilək, susaq...

İlhamə Rəsulova

P.S. Bu materialla bağlı Nazirlikdən redaksiyamıza cavab məktubu daxil olub. Cavabı olduğu kimi təqdim edirik:

Saytınızda bu gün yayımlanmış məqalədə peyvənd olunmayanların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada da müraciət edə bilməyəcəyi barədə yayılan məlumatla əlaqədar bildiririk ki, COVİD-19 pasportu əyani qəbul, əyani ünsiyyət və müayinə üçün tələb ediləcək.

Nazilriyin e-xidmətlərinin bir qismi var ki, onlarda müraciətə baxılaraq cavablandırılması üçün vətəndaşla əyani ünsiyyət nəzərdə tutulur. Məsələn, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət həmin müraciətə baxılmasının növbəti mərhələsi kimi ailənin maddi-məişət şəraitinin müayinəsini, yəni vətəndaşla əyani təması nəzərdə tutur. Yalnız belə e-xidmətlər üçün vətəndaşın COVİD-19 pasportunun olması tələb edilir. Lakin bu və ya digər mərhələdə əyani ünsiyyəti nəzərdə tutmayan e-xidmətlər üçün bu tələb yoxdur.

Yəni COVİD-19 pasportu tələbi heç də bütün e-xidmətlərə aid deyil.

ƏƏSMN mətbuat xidməti

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
››› Sabiq deputat vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »