Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messinin təqdimatı üçün Eyfel qülləsi icarəyə götürülüb
Messinin təqdimatı üçün Eyfel qülləsi icarəyə götürülüb

Fransanın PSJ futbol klubu Eyfel qülləsini icarəyə götürüb.

Bizimyol.info xəbər verir ki, lenta.ru-nun verdiyi məlumata görə, avqustun 10-na keçən gecə Eyfel qülləsində argentinalı futbolçu Lionel Messinin təqdimat mərasiminin keçiriləcəyi bildirilir.

Bildirilir ki, Messi 2003-ci ildən "Barselona" da oynayır. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, 7 dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu 3 dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Avqustun 5-də "Barselona" Messinin komandadan ayrılacağını elan edib. Messi ilə yeni müqavilənin "maliyyə və struktur çətinliklər" səbəbindən imzalanmadığı bildirilib.

Qeyd edək ki, Parisin əsas cazibədar yerlərindən biri olan Eyfel qülləsi 2017 -ci ildə Neymarın "Barselona"dan "PSJ"yə transfer etdiyi zaman təqdimatı üçün icarəyə götürülmüşdü.

Paylaş »
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
››› “Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər”
Son xəbərlər
Bütün xəbərlər »