Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN-in əməkdaşı: "Bu gün Köyceyiz, Çayhisar və Sazakda yanğınları söndürdük"
FHN-in əməkdaşı: "Bu gün Köyceyiz, Çayhisar və Sazakda yanğınları söndürdük"

Türkiyədəki yanğınlarla mübarizə məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə göndərilən Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Muğla şəhərində tüğyan edən meşə yanğınlarının söndürülməsi istiqamətində yüksək səviyyəli xidmət aparır.

"Report"a müsahibə verən azərbaycanlı yanğınsöndürən Elvin Rəcəbov bugünkü iş fəaliyyətlərindən bəhs edib: "Ölkə rəhbərliyinin tapşırığı ilə qardaş ölkə Türkiyəyə yanğınların söndürülməsinə yardım məqsədilə gəlmişik. Burada gündəlik yanğınsöndürmə əməliyyatlarında iştirak edirik. Səhhətimizdə hər hansı problem yoxdur, əhval-ruhiyyəmiz yaxşıdır. Bu gün səhər saatlarından Köyceyiz, Çayhisar və Sazak istiqamətində baş verən yanğınların söndürülməsinə də birgə nail olduq" - o, qeyd edib.

Ətraf kəndlərdəki sakinlər tərəfindən azərbaycanlı yanğınsöndürənlərə və xilasetmə qüvvələrinə xüsusi diqqət və qayğının olduğunu bildirən FHN əməkdaşları buna görə Türkiyə vətəndaşlarına və dövlətinə minnətdarlığını bildirib.

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »