Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
9 yaşlı qız orta məktəbə getmədən universitetə qəbul oldu - Foto
9 yaşlı qız orta məktəbə getmədən universitetə qəbul oldu - Foto

9 yaşlı moskvalı Alisa Teplyakova Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakultəsinə qəbul olunub. Qız rus dili, riyaziyyat, biologiya və informatikadan uğurlu imtahan verib. Alisanın 9 yaşı yeni tamam olub, 11-ci sinif attestatını isə 8 yaşında alıb.

Atası bildirir ki, onun qızı 4 yaşında oxumağı, yazmağı hesablamağı bacarırdı, 5 yaşında isə beşinci sinif üzrə proqrama hazır idi.

Onun valideynləri eksentrik insanlardır.Atası Yevgeni ağıllı və savadlı bi kişidir, o Rusiya təhsil sistemini qəbul eləmir.7 uşağının hamısına fantastik filmlərin qəhrəmanlarının adını verib. Yeri gəlmişkən onun 7 yaşlı oğlu Xeymdall da 9-cu sinifin attestatını alıb. 4 yaşlı qızı Leya isə bu yaşda birinci sinifə gedən ilk rusiyalı məktəblidir. Uşaqların hamısı təhsilini evdə alaraq eksptern imtahan verirlər.

Psixoloqlar bildirir ki, vunderkind uşaqların heç biri böyük elmi kəşflər etmədən ya ölür, ya da tükənirlər. Onların bir çoxu artıq yüklənmədən əziyyət əkir, bəziləri insult keçirirlər.Hər bir halda uşaqlardan onların uşaqlığını almaq olmaz. Psixoloqların fikrinə görə bütün istedadlı , idmançı və ya vunderkind uşaqların valideynləri davranış tərzləri ilə bənzəyirlər. Onlar özlərinin həyata keçirə bilmədiklərini uşaqlarında görmək istəyirlər.Onların 95 faizin adekvat düşünmür, uşaqlarla münasibətdə müəyyən kompleksləri olur.

Atası Alisanın MDU-ya girmək üçün qazandığı 48 baldan da məmnun deyil. O qızının təhsil alması üçün icazə verilməsə ödəniş etməyə razıdır.Düşünür ki, qızının ömründən 10 ilə qənaət edib.Valideynlər uşaqlarının uğurlarının qeydiyyatının aparılmasına da ciddi yanaşırlar.

Alisa özü psixologiya fakultəsini seçməklə uşaqların psixologiyasını öyrənməkdə maraqlı olduğunu deyib.

Atası bildirir ki, qızı 8 yaşında məktəb proqramını əzbər bilsə də ona 11-ci sinifə getməyə imkan verilməyib.”Oxumaq hər kəsin haqqıdır. Burda yaşın fərqi olmamalıdır.Ola bilər ki, qızım gələcəkdə psixologiyanı yox, başqa sənətin sahibi olmağı seçər, bunu aman göstərəcək”,- deyə yevgeni bildirib.

Alisa Teplyakova Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakultəsinə qəbul olunub Alisa Teplyakova

Psixoloqlar isə qeyd edirlər ki, bir dəfə də olsun məktəb partası arxasında oturmayan uşaq üçün ali məktəbə getmək, üstəlik müəllim və tələbələrin diqqət mərkəzində olmaq asan olmayacaq. Digər tərəfdən Alisa özü psixoloji təcrübə obyekti olacaq, üzərində eksperiment aparılacaq. Alisa yüksək bilik sahibi olsa da hələ balaca uşaq düşüncələrindədir. , bir çox mütəxəssislər uşaqların əlindən uşaqlıqlarının alınmasını düzgün hesab eləmirlər.

Hazırladı: İlhamə

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »