Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 9 avqust, 2021-ci il – Çoxlu xoş anlar yaşayacaqsınız
Ulduz falı: 9 avqust, 2021-ci il – Çoxlu xoş anlar yaşayacaqsınız

Bizimyol.info 9 avqust, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Səhər gözlənildiyindən daha çətin ola bilər. Hər işin düzgün getməsi lazım olduğu yerlərdə çətinliklər yaranacaq və bu vəziyyətdə hamı sakitliyini qoruyub düzgün qərarlar verə bilməyəcək. Ancaq gücünüzü düzgün qiymətləndirsəniz və lazım olduğundan artıq risk etməsəniz, axırı yaxşı olacaq. Günün ikinci yarısı daha asan və daha xoş olacaq, çoxlu xoş anlar yaşayacaqsınız.

Qoç - Günə başlamaq təmkin və səbr tələb edir. Vəziyyəti anladğınızı və necə davam edəcəyinizi dəqiq bildiyinizi düşünsəniz də, tələsik qərarlar verməməlisiniz. Bu gün bəzilərini təhrik etmək xüsusilə asan olacaq və ağılsız hərəkətlər edə bilərlər. Günortadan sonra yaxşı olacaq. Cəsarətli bir fikri həyata keçirməyə, yaxınlaşmağa cəsarət etmədiyiniz bir işi götürməyə hazır olacaqsınız. Həyatınızın bütün sahələrində yaxşılığa doğru dəyişiklik mümkündür.

Buğa - Xüsusilə səhər saatlarında xırda söz-söhbətlərdən narahat olmayın. Səhər qanqaraldığı anlardan və mənasız mübahisələrdən qaçmaq mümkün deyil. Ancaq baş verənləri yumorla yola verə bilərsiniz, onda bütün çətinliklər keçmişdə qalacaq. Günortadan sonrafaydalı bir şey öyrənmək və ya əvvəllər sizi düşündürən suallara cavab tapmaq imkanınız olacaq.

Əkizlər - Adi işlərlə məşğul olmaq üçün əla gündür. Darıxdırıcı görünməyəcək və nəticələr də sizi razı salacaq. Çox əhəmiyyətli bir məsələni uğurla həll edə bilərsiniz. Çaşqınlığa yol verməyin və mümkün qədər çevik hərəkət edin. Bəzən yeni tanışlarla ünsiyyət qurmaq çətin olacaq, ancaq sevdiklərinizlə mükəmməl şəkildə yola gedəcəksiniz. Ailə məsələlərini və gələcək üçün planları, o cümlədən maliyyə məsələlərini müzakirə etmək asan olacaq. Böyük işgüzar fikirlər ortaya çıxa bilər.

Xərçəng - Qətiyyətlisiniz, amma bəzən çox tələsirsiniz. Həmişəkindən daha çox problemlər var, amma hər şeyi həll etməyə çalışırsınız. Bəzi vacib olmayan işləri təxirə salmaq daha yaxşı olar. Vacib işlərə köklənsəniz, anlaşılmazlıqlardan qaça bilərsiniz. Gzöləmədiyiniz adamlardan maraqlı təkliflər istisna edilmir və onlarla razılaşsanız, peşman olmazsınız.

Şir - Səhər sakit qalmaq çətin ola bilər. Ümumi atmosfer gərgin olacaq. Çox vaxt xırda şeylərdən narahat olursunuz və bu, düzgün qərar verməyinizə mane olur. Günortadan sonra bir çox cəhətdən daha əlverişli olacaq. Bu, çətin və vacib məsələlər üçün mükəmməl çıxış yollarının tapılacağı saatlardır. Çox güman ki, uzaqdan şad xəbərlər alacaqsınız.

Qız - Çətin məsələlərin həlli üçün əlverişli zamandır. Nəticə əldə etmək üçün necə hərəkət etməli olduğunuzu yaxşı başa düşürsünüz və yolda sizi dayandırmağa məcbur edəcək heç bir maneə olmayacaq. Bəzən çox enerji sərf etməlisiniz, amma bundan çətin ki, şikayət edəsiniz. Çoxları sizə kömək etməyə hazırdır, amma hamısı bunu fədakarlıqla etmir. Ona görə də kömək edənlərə hansı növ qarşılıqlı xidmət göstərə biləcəyinizi düşünün. Bu, əlaqələrə fayda gətirəcək.

Tərəzi - Daha tez-tez təşəbbüs göstərməyə çalışın: bu gün həyatın bütün sahələri üçün uyğundur. Bəlkə də uzun müddətdir davam edən problemi həll etmək üçün uğurlu zamandır. Bəziləri ümidsiz görünən işləri yerindən tərpədə biləcək. Köhnə tanışlardan ağıllı məsləhətlər alacaqsınız. Həm işgüzar, həm də şəxsi müzakirələr yaxşı alınacaq.Ətrafdakılar sözün əsl mənasında fikirlərinizə heyran qalacaqlar. Axşam pul gəlirləriniz ola bilər və ya  gözlənilməz hədiyyələr ala bilərsiniz.

Əqrəb - Günün əvvəlində əsəbləşməli olacaqsınız. Çox ziddiyyətli məlumatlar daxil olur və bəzən bu xəbərlər sizi narahat edir. Hər şeyi ən qısa müddətdə yoxlamaq vacibdir: ehtimal ki, sadəcə, sizi aldadırlar. Günün qalan hissəsi problemsiz olacaq. Getdikcə daha çox yeni imkanlar açılacaq. Hərəkət etməyə hazır olduğunuzu və çox şeyə nail ola biləcəyinizi hiss edirsiniz.

Oxatan - Səhər çox yaxşı fikirlər yaranacaq. Onları dərhal həyata kçieməsəniz də, sonradan çox güman ki, istədiyinizi edəcəksiniz. Köhnə dostlarla məsləhətləşməyə dəyər. Daha sonra rutin məsələlərlə məşğul olmalısınız. Burada kiminsə sizə kömək edəcəyi ehtimalı yoxdur; yalnız öz gücünüzə güvənməli olacaqsınız.

Oğlaq – Təmkinli olun. Hər şey bir anda alınmır, başladığınız işi sona çatdırmaq üçün çox vaxt daha ciddi səylər göstərməlisiniz. Ətrafınızdakı insanlar sizi hər zaman düzgün başa düşmürlər, tez-tez xırda məsələlərdə günah tapırlar və ya çox yersiz tənqidlərə əl atırlar. Vəziyyəti yumorla yumşaltmağa çalışın və çox da narahat olmayın. Günortadan sonra mənzərəni dəyişmək faydalı olacaq. Yeni bir yerə gedə və ya sadəcə, gəzə bilərsiniz.

Dolça – İşləri təxirə salmamaq daha yaxşıdır. Günün başlanğıcı maraqlı və faydalı olacaq. Daha əvvəl edə bilmədiyinizi edə bilərsiniz, bəzi çətin işlərin öhdəsindən gələ bilərsiniz. Maliyyə məsələsində boş yerə vaxt itirməmək vacibdir. Günortadan sonra istirahət üçün ən yaxşısıdır. Köhnə tanışları görmək xoş olacaq - sizə yaxşı xəbərlər gətirəcəklər.

Balıq - Günün əvvəlində bəzi kiçik çətinliklər, əsəbi hadisələr mümkündür. Ciddi nəticələr verməyəcəklər, amma əhvalınızı korlaya bilərlər. Vəziyyətə pozitiv baxmağa çalışın. Sizi həqiqətən çox yaxşı işlər gözləyir, özünüzü itirməyin və təşəbbüskar olun. Günün ikinci yarısında maraqlı insanlarla görüşəcəksiniz.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »