Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ-dən İranla nüvə danışıqları ilə bağlı açıqlama
Aİ-dən İranla nüvə danışıqları ilə bağlı açıqlama

İranla bağlanmış nüvə sazişinin xilasına xidmət edən və hazırda yarımçıq saxlanan Vyana danışıqları sentyabr ayında davam etdirilə bilər.

“Qafqazinfo” xəbər verir ki, Avropa İttifaqının (Aİ) rəsmi dairələri bu barədə mətbuata məlumat veriblər.

Bildirilir ki, İran təmsilçiləri də ötən günlərdə Vyana danışıqlarının bərpa olunma ehtimalına dair fikirlər səsləndiriblər. Aİ tərəfi İranda yeni hökumətin təşkilindən dərhal sonra danışıqların yeni mərhələsinin başlanacağına ümid bəsləyir.

Hesab edilir ki, danışıqların davamı sentyabrın əvvəlində mümkün ola bilər. İranda yeni seçilmiş prezidentin inauqurasiya mərasimində iştirak etmiş Aİ rəsmisi Enrike Moranın bu istiqamətdə təmaslarda olduğu və danışıqların davam etdirilməsi təklifi ilə çıxış etdiyi bildirilir.

Qeyd edək ki, bu ilin aprel-iyun aylarında 2015-ci ildə İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsini nəzərdə tutan sazişin bərpası üçün Vyanada danışıqlar aparılıb. İranla aparılan danışıqlarda Çin, Almaniya, Fransa, Böyük Britaniya, Rusiya və eləcə də Aİ təmsilçiləri iştirak ediblər.

Danışıqların əsas hədəfi Donald Tramp administrasiyasının 2018-ci ildə sazişi birtərəfli qaydada tərk etməsindən sonra bu ölkənin danışıqlar masasına geri dönməsini təmin etməkdir. Bunun üçün İran tərəfi sanksiyaların ləğv olunmasını, ABŞ isə saziş öhdəliklərinə tam şəkildə riayət olunmasını tələb edir.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »