Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük idmanda böyük tənəzzülümüz
Böyük idmanda böyük tənəzzülümüz

Tokio Olimpiya Oyunları bu dəfə çox sönük keçdi. Bəlkə tarixində ilk dəfə nəzərlərdən bu qədər uzaqda qaldı. Buna bir səbəb qlobal böhran üzündən tamaşaçıların azlığı, idmançıların yaxşı hazırlaşa bilməməsi, bir çox idmançıların elə oyun günlərində yoluxma səbəbindən kənarlaşdırılması oldusa, bizim üçün də bir səbəb idmançılarımızın sönük nəticələr göstərməsiydi. Sanki komandamızda Yaponiyaya turist səfərinə getmiş kimi bir rahatlıq müşahidə olunurdu. Qlobal böhranı səbəb gətirmələri gülünc olar, bu, bütün dünyada mövcuddur, niyə biz çox zəif iştirak etməliydik.

“Əsas iştirakdır” şüarını özlərinə təsəlli edən idmançılarımız bizi bir xeyli məyus etdilər. Medal sıralamasına görə 67-ci yeri tutduq. Azərbaycan Tokio Olimpiadasındakı çıxışını üç gümüş və dörd bürünc medal qazanmaqla başa çatdırdı. 1996-cı ildə Atlantada keçirilmiş Olimpiadadan sonra qızıl medal qazanmadan keçirdiyimiz ikinci ən pis çıxışımız hesab olunur.

Hər kəs yaxşı bilir ki, qləbənin də, məğlubiyyətin də yolu hələ Olimpiadadan çox-çox qabaq başalyır.

Bu bir sirr deyil ki, Azərbaycanda idmançıların peşəkarlığına görə seçilib yarışlara aparılması, fitri istedadının qiymətləndirilməsi çətin məsələdir. Hələ uşaq idman məktəblərindən başlayır “ görüm – baxım” məsələsi. Kimin pulu var, arxası, dayağı var, yarışlara onu aparırlar, önə onu çəkirlər. Milliyə layiqlilər yox, adamı olanlar düşür. Seleksiya işi qeyri obyektivdir.

Azərbaycanda idman məqsəddir, varlanmaq üçün qısa yollardan biridir. Çətini rahat və lüks həyata əl çatıncadır. Ondan sonrasında başlayır yola vermək prossesi.Çempion olana yaxşı pul, vəzifə, ev, avtomobil bağışlanır. Qısa karyera ilə gözəl həyata qısa yol böyük idmandan keçir. Buna görə də bir çoxları istədiyini alana qədər çarpışır, sonra çəkilir kənara. Olimpiadaya dəxli olmasa da deyəcəm. Azərbaycanda futbolçunun aldığı maaşı heç deputatlar da ala bilmir. Lüks yaşam, hər cür şərait. Xarici ölkələrdə məşq , toplantılar, ən bahalı otellərdə istirahət. Amma sıfır nəticə.

Bəs xaricdən gətirilən “peşəkar idmançılar”ın nəticələri niyə yoxdur? Çünki ətək-ətək pul verib peşəkar adıyla gətirdikləri və adını, familini dəyişib , vətəndaşlıq verərək milliləşdirdikləri idmançılar əslində elə də yüksək səviyyəli deyillər. Tutaq ki, bir milyona alındığı deyilən idmançıya və onun ölkəsinə bu vəsaitin cüzi bir hissəsi verilir, qalan vəsait də gedir cibə. Burdan gedərkən vəd edilən maaşı almadığını deyən neçə- neçə idmançı olub. Öz ölkəsində haray-həşir salsa da, bir fayda etməyib. Hər əcnəbi yüksək peşəkarlıqlı idmançı demək deyil.

Xaricdən alınmış idmançı bizim üçün qızıl medal qazansa nə olacaq? Axı hamımız bilirik ki, o bizimki deyil. Dövlət bu qədər şərait qurub. Adambaşına düşən Olimpiya Komplekslərinin sayını hesablasaq, bəlkə də dünyada birinci yerdəyik,lakin büdcə pulları havaya sovrulur, ona görə ki, rusdan, belorusdan, afrikalıdan, özümüzə oyunçu kirayələyək? Azərbaycanda elmə də idmana ayrılan qədər vəsait ayrılsaydı, indi əminəm ki, Nobel mükafatçılarımız da var idi, böyük elmi uğurlarımız da.

Söhbət ali məktəblərdən, kimlərinsə aldığı qrantlardan, QHT-lərin pul almaq üçün “həyata keçirdikləri” layihələrdən, kəşflərdən getmir, əsl elm adamlarının araşdırmalarına, elmi işlərinə vəsait ayrılmasından gedir, böyük labaratoriyaların açılmasından, bunun istedadlı gənclərə açıq olmasından gedir. Onların da qapısı Olimpiya Mərkəzlərimiz kimi bağlı qalacaqsa yaratmağın anlamı olmaz.

İdman sahəsində ciddi islahatalara ehtiyac var. Yeyinti var həm də ciddi. Bir qrup insan gələcəyə olan ümidlərimizi yeyir , idmana ayrılan pullarla birlikdə...

İlhamə

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
Son xəbərlər
Bütün xəbərlər »