Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Torqovı”da meymunla foto çəkilməsinə etiraz edənlərə 15 sutka həbs verildi
“Torqovı”da meymunla foto çəkilməsinə etiraz edənlərə 15 sutka həbs verildi

Avqustun 6-da heyvan hüquqlarının müdafiəsilə məşğul olan bir neçə gənc Fəvvarələr Meydanında meymunla foto çəkdirməyə şərait yaradan heyvanın sahibilə mübahisə edib. Gənclər onu heyvana əziyyət verməkdə, onu istismar etməkdə ittiham ediblər.

Bizimyol.info xəbər verir ki, heyvan hüquqlarını müdafiə edən həmin gənclər – Nicat İsmayılov, Nicat Azayev və Elxan Mirzəyev avqustun 7-də Səbail rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Onların hər birinə 15 sutka inzibati həbs cəzası verilib.

Bir gün əvvəl Fəvvarələr Meydanında mübahisə zamanı gənclər polislər tərəfindən saxlanılaraq, Səbail rayonu, 9-cu polis bölməsinə gətirilib. Orada onların barəsində inzibati xəta protokolu tərtib edilib.

Avqustun 7-də ictimai fəallar polislərin müşayiətilə məhkəməyə gətirilib. Onlar məhkəmədə özlərini təqsirli bilməyiblər.

Məhkəmə binasından çıxarılıb aparılarkən oradakı jurnalistlərə bildiriblər ki, “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin sifarişilə həbs olunublar. “Toplan” layihəsinin icrası 2018-ci ilin sentyabrından başlayıb. Layihə çərçivəsində Balaxanı qəsəbəsində əvvəlki it sığınacağının yerində “Toplan” Mərkəzinin inşası başlayıb. 2019-cu ilin fevralında Mərkəzin açılışı olub. Mərkəzin ərazisində inzibati binalar, baytarlıq klinikası, itlər üçün geniş volyerlər var.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »