Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tixanovskaya AB və ABŞ-ı Lukaşenkoya qarşı daha sərt qərarlar verməyə çağırıb
Tixanovskaya AB və ABŞ-ı Lukaşenkoya qarşı daha sərt qərarlar verməyə çağırıb

Keçmiş prezidentliyə namizəd, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Avropa Birliyi və ABŞ-ı prezident Aleksandr Lukaşenkoya qarşı "daha cərt" sanksiyalar tətbiq etməyə çağırdı.

Bizimyol.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib

S.Tixanovskaya ölkəsinin Rusiyadan asılılığına son qoyulmasının lazım olduğunu bildirib.

"Rusiyasız Belarusun heç nəyə nail ola bilməyəcəyi anlayışından uzaqlaşmalıyıq. Bu yanlış yanaşmadır. Biz müstəqil ölkəyik.

Rejim iqtisadi və maliyyə cəhətdən tamamilə təcrid olunmalıdır.  ABŞ -da  və  İngiltərədə hamı bunu başa düşür. Təəssüf ki, bir çox demokratik dövlət hələ də Belarusdakı vəziyyəti həqiqətən təsəvvür edə bilmir",- deyə o əlavə edib.

Qeyd edək ki, keçən il Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko altıncı dəfə qalib elan olunduqdan sonra ölkədə kütləvi etirazlar başladı. Etirazçılar müxalifətinin lideri Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirdilər. Hakimiyyət isə bu iddiaları rədd edərək bu etirazları ixtişaş adlandırmış və onların xaricdən idarə olunduqlarını iddia etmişdi.

Ölkədə kütləvi həbslər həyata keçirildi. Sonda Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya vətəndaşlara mitiqləri dayandırmaqla bağlı müraciət edəndən sonra ölkədən çıxmasına icazə verildi və o Litvaya getdi.

Son xəbərlər
Bütün xəbərlər »