Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacir saxlanılıb, ondan "patı", "şüşə" və marixuana aşkarlanıb
Narkotacir saxlanılıb, ondan "patı", "şüşə" və marixuana aşkarlanıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən rayon sakini Ruslan Səmədzadə və bir yeniyetmə saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxslər narkotik maddəni Elvin adlı şəxsdən aldıqlarını bildiriblər.

Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olan rayonun Yalavac kənd sakini Elvin Quliyev idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.

Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən "patı" və "şüşə" adlanan narkotik maddə - metamfetamin və heroin, eləcə də sellofan torbada və kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »