Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik: Vaksinasiya ölüm faizini əhəmiyyətli dərəcədə azaldıb
Nazirlik: Vaksinasiya ölüm faizini əhəmiyyətli dərəcədə azaldıb

"Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artıb. Lakin ağır xəstələrin sayında, həmçinin ölüm faizində artım müşahidə edilmir. Bunun səbəbi isə ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsidir".

Bizimyol.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov ölkədə aparılan vaksinasiya ilə bağlı vəziyyətə münasibət bildirərkən deyib.

"Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, ağırlaşmalar və ölüm faizi bir o qədər də azalar. Vaksinasiyanın əhəmiyyəti infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdır. Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə hazırki vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda ölüm göstəricisi olduqca aşağıdır.

Peyvənd olunan insanların müəyyən qismi virusa yoluxa bilərlər, amma xəstəliyi yüngül keçirəcəkləri artıq dünyada aparılan tədqiqatlarla sübuta yetirilib. Elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır. Buna görə də Səhiyyə Nazirliyi vətəndaşlardan vaxt itirmədən vaksin olunmalarını xahiş edir", -deyə şöbə müdiri bildirib.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »