Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə əfqanlarla afrikalılar dalaşdı, suriyalılar ayırdı - Video
Türkiyədə əfqanlarla afrikalılar dalaşdı, suriyalılar ayırdı - Video

Türkiyədə miqrantların sayı dayanmadan artır. Qardaş ölkədə suriyalılar onsuz da çox idi. Üstəlik, xeyli sayda əfqan Türkiyəyə üz tutub. Ölkədə bununla bağlı ciddi narahatlıq var.

Bizimyol.info xəbər verir ki, zamanla Türkiyədə miqrantların arasında kütləvi davalar haqda eşidirik. Növbəti dəfə belə qarşıdurma yaşanıb. Bu dəfə əfqanlarla afrikalılar dalaşıb. Afrikalıların Somalidən gələnlər olduğu bildirilir. “Twitter”də bu barədə yazılıb. Əfqanların saat satan afrikalılara hücum etdiyi iddia olunub.

Əvvəlcə davanın İstanbulda baş verdiyi qeyd olunub. Sonra bir sıra sosial şəbəkə istifadəçiləri hadisənin Diyarbəkirdə videoya çəkildiyini bildirib.

Məsələnin daha bir maraqlı tərəfi dalaşanları suriyalıların ayırması olub. Videoda bir neçə nəfərin araya girdiyi görünür. “Twitter”də həmin şəxslərin Diyarbəkir avtovağzalında işlədiyini yazıblar. Hadisənin də avtovağzala yaxın ərazidə baş verdiyini qeyd ediblər.

Ümumiyyətlə, sosial şəbəkələrin Türkiyə seqmentində məsələ xoş qarşılanmayıb. Yerli vətəndaşlar belə durumdan narazı görünür. Onlar hesab edir ki, gəlmələr özünü adekvat aparmır. Çünki miqrantlar arasında kütləvi davaların sayı artıb. Sosial şəbəkə istifadəçiləri ənənəvi istiqamətlərdən gələnlərin ölkəyə fayda gətirmədiyini düşünür.

Türkiyə məhz əfqan miqrantlara görə Avropa ilə gərginlik yaşayır. Avstriya ilə münasibət konkret pisləşib. Avropa ölkəsinin federal kansleri Sebastyan Kurtsun Türkiyənin əfqan miqrantlar üçün ən uyğun yer olduğunu deməsi Ankaranı qıcıqlandırmışdı. Avstriyaya Xarici İşlər Nazirliyi səviyyəsində cavab verilmişdi. Qurumun sözçüsü Tanju Bilgiç Türkiyənin üçüncü dünya ölkələrinin yükünü daşımaq məcburiyyətində olmadığını demişdi. Kanslerə 1951-ci ildə imzalanmış BMT Konvensiyası xatırladılmışdı. Burada Avstriyanın da üzərinə götürdüyü məsuliyyətdən danışılır.

Əfqanıstandan Avropaya üz tutanların sayı artır. Türkiyə qədər Belarus marşrutu da çox istifadə olunmağa başlayıb. ABŞ qoşunlarını Asiya ölkəsindən çıxarmağa başlayandan vəziyyət belə hal alıb. “Taliban”ın ölkədə fəallaşması da işini görüb. Silahlı qruplaşma Əfqanıstan ərazisinin böyük hissəsini ələ keçirib. Ölkənin İran, Türkmənistan, Tacikistan və Özbəkistanla sərhədləri də “Taliban”ın nəzarətindədir.

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› Şeyxülislam İranın ali rəhbərinin nümayəndəsinə cavab verib
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
Son xəbərlər
Bütün xəbərlər »